Makronun davranışı müttəfiqlərini qəzəbləndirib
Tarix: 28-03-2024 00:18 | Bölmə: Xəbərlər
Makronun davranışı müttəfiqlərini qəzəbləndirib

Böyük Britaniya Avropa İttifaqından çəkildikdən sonra Fransa Almaniya ilə rəqabəti gücləndirib və Fransa prezidenti Emmanuel Makron Avropanın xarici siyasətini idarə etmək istəyir, bu isə çoxlarını qıcıqlandırır.

Reyting.az
xəbər verir ki, bunu "Bloomberg" nəşri yazıb.

Bildirilir ki, Fransa prezidenti Ukrayna ilə bağlı aparıcı səsə çevrilib. Bununla belə, onun məsələyə iddialı yanaşması müttəfiqlərini qəzəbləndirib. Onlar da Kiyevə yardımın artıracaqlarını vəd edirlər, lakin Avropa ölkələrinin liderləri Ukrayna barədə danışmaqla bu işlərin asan bitməyəcəyini düşünürlər.

E. Makrondan fərqli olaraq Avropa dövlətlərinin siyasətçiləri ehtiyatla davranır və hələ də Ukraynaya kömək etmək üçün bir çox problemlərin olduğuna inanırlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}