Xarkov və Zaporojyeyə hücum olub
Tarix: 28-03-2024 10:10 | Bölmə: Xəbərlər
Xarkov və Zaporojyeyə hücum olub

Bu gecə Rusiya qüvvələri Ukraynanın Xarkov və Zaporojye ərazilərinə növbəti dəfə hücuma keçib.

Reyting.az
xəbər verir ki, şəhərdə partlayış səsləri eşidilib.

Zaporojye vilayət hərbi idarəsinin rəisi İvan Fedorov deyib ki, şəxsi evlərə pilotsuz təyyarələrlə zərbələr endirilib, itkilər var.

Fedorov qeyd edib ki, həlak olanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Xarkov da dronların hücuma məruz qalıb, şəhərdə partlayış səsləri eşidilib. Daha sonra Xarkov şəhərinin meri İqor deyib ki, hücum zamanı bir restoran dağılıb. Saat 01:20 radələrində şəhərdə yenidən partlayış səsləri eşidilib.

Bundan əvvəl isə Nikoloyev və Kiyev ballistik raketlə hücumuna məruz qalıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}