Xarkov ruslar üçün "ölüm şəhəri"nə çevrilə bilər
Tarix: 29-03-2024 16:13 | Bölmə: Xəbərlər
Xarkov ruslar üçün "ölüm şəhəri"nə çevrilə bilər

“Rusiya qoşunlarının Xarkov istiqamətində hücuma hazırlığı ilə bağlı heç bir məlumatı nəzərdən qaçıra bilmərik. Ona görə də bu ehtimala adekvat cavab vermək üçün bütün tədbirləri görürük”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Komandanı Aleksandr Sırski “Ukrinform”a müsahibəsində deyib.

Daha sonra ukraynalı komandan əlavə edib:

“Bu gün biz ərazilərin, eləcə də bütün mövqelərin möhkəmləndirilməsi məqsədilə kompleks işləri həyata keçirməklə bərabər hərtərəfli maneələr sistemini quraşdırırıq. Bu cür tədbirlər bizə ona görə lazımdır ki, qəfil hücum olacağı təqdirdə qoşunlarımızın əlavə çətinliyi olmasın”.



Sırski eyni zamanda komandanı olduğu, 2022-ci ilin payızındakı döyüşləri, eləcə də Xarkov vilayətinin azad olunması uğrunda qazandığı keçmiş təcrübəsinə də toxunub:

“Bizim Xarkov vilayətində döyüş əməliyyatlarında təcrübəmiz var. Biz artıq böyük dəqiqliklə düşməni “hesablamağa", bunun nəticəsi olaraq isə Xarkov vilayətinin əhəmiyyətli hissəsini azad etməyə nail olmuşuq. Onda Rusiya cəbhəsinin genişmiqyaslı dağılması baş verməyə başlamışdı. Ruslar yenidən o yerlərə üz tutsalar, Xarkov onlardan ötrü ölüm şəhərinə çevriləcək".

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi dünən Rusiya təbliğat vasitələrinin rus ordusunun Xarkova yeni hücumu ilə bağlı yaydığı məlumatlara cavab verib:

“Moskva qəsdən belə bir proses təşkil edib və Rusiyanın Xarkova hücuma hazırlığı ilə bağlı məlumatlar düşmənin “qorxu təbliğatı” kampaniyasının bir hissəsidir və həqiqətə uyğun deyil”.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}