Türkiyədə ard-arda üç güclü zəlzələ olub
Tarix: 18-04-2024 23:01 | Bölmə: Xəbərlər
Türkiyədə ard-arda üç güclü zəlzələ olub

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda bu gün 5,6 bal gücündə zəlzələ baş verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tokatdan başqa Sivas, Yozgat, Çorum, Çankırı, Kırşehir, Amasya, Samsun və Kayseridə də hiss olunub.

Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələdə ölən və ya xəsarət alan olmayıb.

Bu zəlzələdən sonra bölgədə müəyyən fasilələrlə 4,7 və 4,1 bal gücündə daha iki zəlzələ olub.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}