Zakir Həsənovun Novxanıdakı bağ evinin sənədi itib
Tarix: 29-05-2024 17:06 | Bölmə: Xəbərlər
Zakir Həsənovun Novxanıdakı bağ evinin sənədi itib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ torpağının itmiş sənədini bərpa etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Məlumata görə, iddiaçı qismində tanınan Zakir Həsənov “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini torpaq mübahisələri üzrə münasibətlərə aydınlıq gətirmək üçün məhkəməyə verib. Mülki iş hakim Səlma Salahovanın icraatına verilib.

Araşdırmalarımız nəticəsində məlum olub ki, Zakir Həsənov ona məxsus olan bağ torpağının arxiv sənədi itdiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən yeni sənəd almaq istəyib. Ancaq 1 saylı Bakı Ərazi İdarəsi sənəd verməkdən imtina edib, bundan sonra Zakir Həsənov məhkəməyə müraciət etmək qərarına gəlib(Unikal).




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}