Beş çaydan çaydan sel keçir
Tarix: 22-06-2024 09:50 | Bölmə: Xəbərlər
Beş çaydan çaydan sel keçir

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Reyting.az
xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 08:00-a olan məlumatıdır.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda, eyni zamanda təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}