Ermənistanda zabit hərbçi yoldaşını güllələyib
Tarix: 18-12-2018 14:06 | Bölmə: Xəbərlər
Ermənistanda zabit hərbçi yoldaşını güllələyib

Ermənistanda hərbçinin odlu silahla yaralanması ilə bağlı cinayət işi qaldırılıb.

Reyting.az Ermənistan mediasına istinadla xəbər verir ki, İstintaq Komitəsinin yaydığı məlumata görə, dekabrın 16-da saat 23:40-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin baş leytenantı Q.M. silahla davranış qaydalarını pozaraq tabel silahı avtomatla müqavilə ilə xidmət edən Armen Arutyunyana atəş açıb.

Budundan yaralanan Armen Arutyunyan hərbi hospitala aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}