Baş nazir Viktor Orban Türkiyəyə gəlir
Tarix: 08-12-2025 10:14 | Bölmə: Xəbərlər

Baş nazir Viktor Orban Türkiyəyə gəlir

Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ankaraya gəlir.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Əlaqələr İdarəsinin direktoru Burhanəddin Duran sosial şəbəkədə paylaşım edib.

Bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur.

Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər