Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 10-12-2025 15:37 | Bölmə: Xəbərlər

Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir.
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.
Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.
Səidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik:
Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil - Qiymət: 463 365 manat;
Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil - Qiymət: 323 605 manat biri, 332 755 manat digəri;
Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi mənzil - Qiymət: 429 488 manat;
Yasamal rayonu, İnşaatçılar prospektində mənzil - Qiymət: 670 275 manat;
Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj - Qiymət: 45 000 manat;
Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi - Qiymət: 43 250 manat
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi - Qiymət: 78 000 manat;
Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ev;
Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil;
Yasamal rayonu, Xarici dairəvi yol 10, “Royal Park” yaşayış massivində ev;
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində ev;
Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi;
Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil;
“Mercedes-Benz” və “Audi Q5” minik avtomobillləri.
Məhkəmə qərarı ilə eyni cinayətlərdə ittiham olunan Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın fərqli ünvanlarda bir neçə mənzilləri və avtomobilləri üzərinə həbs qoyulub.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək