"Qarabağ"ın oyununa görə metroda iş qrafiki dəyişir
Tarix: 09-12-2025 15:01 | Bölmə: Xəbərlər

"Qarabağ"ın oyununa görə metroda iş qrafiki dəyişir

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Reyting.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

Məlumata görə, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.





Bölməyə aid digər xəbərlər