Namizəd Səfərova cinayət işi açılıb
Tarix: 10-12-2025 11:19 | Bölmə: Xəbərlər

Namizəd Səfərova cinayət işi açılıb

Hüquqşünas Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi açılıb.

Reyting.az xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək onun 53 min manatını ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb və Namizəd Səfərov şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.(APA)

Qeyd edək ki, N. Səfərov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.





Bölməyə aid digər xəbərlər