Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 09-12-2025 12:08 | Bölmə: Xəbərlər

Milli Məclis yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsini son oxunuşda qəbul edib.
Reyting.az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Qanun layihəsi Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Yeni layihədə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
Müzakirədə qeyd edilib ki, hazırda Azərbaycanın daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" qanunu ilə tənzimlənir.
Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələblərinə əsasən, normayaratma texnikasına uyğun hazırlanıb.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək