Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 10-12-2025 17:00 | Bölmə: Xəbərlər

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.
Reyting xəbər verir ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, tətbiq həm “iOS”, həm də “Android” əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.

Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək