Zaqatalada təbii fəlakət baş verib
Tarix: 20-05-2019 01:51 | Bölmə: Xəbərlər
Zaqatalada təbii fəlakət baş verib

Mayın19-u axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində 2 saata qədər davam edən qeyr-sabit hava şəraiti hökm sürüb.

Reyting.az ona-ya istinadən bildirir ki, rayonun bir çox ərazilərində dolu, qısamüddətli leysan yağış və güclü külək müşahidə olunub.

Güclü külək nəticəsində rayon mərkəzi daxil olmaqla, bir çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb.

Rayon mərkəzində bir neçə yaşayış binasının və fərdi evlərin dam ortüyünü külək aparıb. Rayon mərkəzinin bir çox hissəsinə güclü dolu yağıb.

Rayonun 70 faizdən çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzviləri ərazilərə baxış keçirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}