Son sutkada koronavirusdan 7 837 nəfər ölüb
Tarix: 02-12-2020 08:56 | Bölmə: Xəbərlər
Son sutkada koronavirusdan 7 837 nəfər ölüb

Dünyada koronavirusa yoluxanların sayı son 24 saatda 453 170 nəfər artaraq 62,84 milyonu ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son sutkada dünyada təhlükəli infeksiyadan həm də 7 837 ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,46 milyon nəfəri ötüb.

Daha dəqiqi, ÜST-yə indiyədək təhlükəli infeksiyaya 62 844 837 yoluxma və 1 465 144 ölüm faktı haqda məlumat daxil olub.

Gün ərzində yoluxmaların çoxu (211 548) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (154 516), üçüncü yerdə Cənub-Şərqi Asiya (41 791) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}