VİP sədrinin sənədləri MSK-ya verilib
Tarix: 21-02-2018 16:16 | Bölmə: Xəbərlər
VİP sədrinin sənədləri MSK-ya verilib

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş Əli Əliyevin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Reyting.az
-ın məlumatına görə, VİP sədrinin müavini və bu seçkilərdə partiyanın səlahiyyətli nümayəndəsi təyin edilmiş Ramil Hüseynovun təqdim etdiyi sənədlər MSK-nın əməkdaşları tərəfindən yoxlanılaraq, qəbul olunub.

Seçki qanunvericiliyinə əsasən, MSK Ə. Əliyevin namizədliyinin irəli sürülməsinə dair qərarı 5 gün ərzində qəbul etməlidir.

Qeyd edək ki, VİP sədri Əli Əliyevin prezidentliyə namizədliyi partiya Məclisinin bu il fevralın 18-də keçirilmiş iclasında irəli sürülüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}