Polis oğurluq cinayətinin üstünü açmaq istəmir
Tarix: 19-05-2018 09:52 | Bölmə: Xəbərlər
Polis oğurluq cinayətinin üstünü açmaq istəmir

Rayon prokuroru polis şöbəsinin qərarı ilə razılaşmasa da, cinayətkarları yaxalamaq müşkülə çevrilib

İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 9-da yaşayan Füzuli Məhəmməd oğlu Cəfərovun şikayəti rayon polis şöbəsinin fəaliyyətinin arzuolunan səviyyədə olmadığını göstərir.

Reyting.az saytının məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz hərəkəti rayon prokuroru Ülvi Abbasov tərəfindən də təsdiqlənib. Məsələn, İsmayıllı rayon prokuroru Abbasov tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 9-da yaşayan Füzuli Cəfərova ünvanlanmış 03 aprel 2018-ci il tarixli, 140X-18 saylı məktubda yazılır:

“Sizin 21.01.2018-ci il tarixli müraciətiniz əsasında rayon polis şöbəsində toplanmış material üzrə RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Şəhriyar Fərəcovun 29 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz və əsassız olduğu üçün rayon prokurorluğunun 03 aprel 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün RPŞ-nin İB-nə göndərilmişdir”.

Göründüyü kimi, İsmayıllı rayon prokuroru, ədliyyə müşaviri Ülvi Abbasov RPŞ-nin TQ-nin təhqiqatçısı Şəhriyar Fərəcovun 29 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını qanunsuz və əsassız hesab edərək, ləğv edib. Ancaq çox maraqlıdır ki, rayon prokurorunun bu qərarı da polisin fəaliyyətində ciddi irəliləyişə səbəb olmayıb.

Qeyd edək ki, Füzuli Cəfərovun şikayəti rayonun Talıstan kəndindəki həyətyanı sahəsindən 15 ədəd dəmir lövhənin oğlanma faktı ilə bağlıdır. F. Cəfərov bununla bağlı DİN-nin 102 xidmətinə zəng vurub və onların yönləndirilməsi ilə İsmayıllı Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. F. Cəfərovun 21.01.2018-ci il tarixli müraciəti əsasında başladılan araşdırmaya 8 gün sonra xitam verilib. Rayon prokuroru isə RPŞ-nın bu addımını qanunsuz və əsassız hesab edir. Ancaq yenə də vətəndaşın probleminin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur. İsmayıllı polisinin oğurluğun üstünü açmaqda aciz qalması isə polsin işindəki ciddi nöqsanları göstərir.

Reyting.az saytı DİN-in və yaxud İsmayıllı Rayon Polis Şöbəsinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}