Kamran Əliyev İlyas İsmayılovla görüşüb - Fotolar
Tarix: 20-03-2023 15:25 | Bölmə: Xəbərlər
Kamran Əliyev İlyas İsmayılovla görüşüb

Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildiriblər.

Məlumata görə, K. Əliyev Baş Prokurorluğun kollektivi adından İ. İsmayılova təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ. İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}