Kiyev Qərbdən 50 milyard dollardan çox yardım alıb
Tarix: 26-05-2023 20:23 | Bölmə: Xəbərlər
Kiyev Qərbdən 50 milyard dollardan çox yardım alıb

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Kiyev Qərbdən 50 milyard dollardan çox maliyyə yardımı alıb. Dəstəyin məbləğni Ukrayna Ali Radasının deputatı Danil Getmantsev Telegram kanalında açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Getmantsev deyib ki, 2023-cü ilin əvvəlindən büdcənin maliyyələşdirilməsinə beynəlxalq dəstək 50,5 milyard dollara çatıb.

O, yardımın səviyyəsini misilsiz sayır. Getmantsev əlavə edib ki, alınan ümumi vəsaitin 19,2 milyard dolları qrantlar, yəni geri qaytarılmayan maliyyə daxilolmalarıdır.

Onu da qeyd edək ki, bundan əvvəl ABŞ mümkün büdcə ixtisarının Ukraynaya yardımın azalmasına səbəb olmayacağına ümid etdiyini bildirib. Ağ evin mətbuat katibi Karine Jean-Pierre maliyyə yardımını Vaşinqtonun Ukrayna xalqı qarşısında öhdəliyi adlandırıb.

Y. QACAR





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}