23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Təbiətin sehrində - A. Müzəffərli yazır
Tarix: 02-02-2019 10:48 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(esse)
Ağlım qədərincə kəsməyə başlayandan bəri bu fikirdəyəm ki, həyatda adam balası adam kimi dəyişməz qalmaq istəyirsənsə, mütləq hər gün insanlardan ən azı yarım saatlığa tamam aralanaraq təbiətlə qoşalaşmalısan. Yaş-yaş üstə gəldikcə bu qənaətim daha da qətiləşir. Ayrılmaz parçası olduğumuz təbiətlə bütövləşməyi bacarmaq çox böyük üstünlükdür. Yaddan çıxarmamalısan ki, ulu təbiət ustadlar ustadıdır.
Təbii ki, qismətinə uca dağlar, sıldırım qayalar, ucsuz-bucaqsız çəmənliklər, göz oxşayan ümman düzənliklər, füsunkar şəlalələr, meşələr, göllər, çaylar, bumbuz bulaqlarla üzbəsurət olmaq imkanı düşənlərin xoşbəxtliyini yığıb-yığışdırmaqla qurtaran deyil. Təbiət ən şirin, ən sirli-sehrli dastandır, nağıldır. Hər gün dünyaya yenidən boylananda təbiətin təkrarsız simfoniyasına, həmçinin, ağlını belə əlindən alan, iç dünyanı yerindən oynadan çeşidbəçeşid nəğmələrinə qulaq kəsilmək fürsəti ələdüşməzdir, əvəzsiz Tanrı payıdır. Di gəl, iri şəhərlərdən birində dünyaya göz açmısınsa, belə səadəti özün düzüb-qoşmaq məcburiyyətindəsən. Qanan üçün adicə bir kol da, beş-altı ağaclıq bağ da, kiçicik xudmani park da əzəmətdir. Hətta, bircəcik salxım söyüdlə baş-başa qalmaq sənə qismət olubsa, iç dünyan zəngindirsə, bu da yetərlidir. Xəzərin panoramını və ya buna bənzər mənzərələri seyr etmək isə dəyəri sözlə ölçüyəgəlməz xəzinədir. Əgər, qabında nəsə varsa, təbiətlə mütləq dil tapacaqsan, çoxlu mətləbləri əxz edəcəksən. Bunun üçün ilk növbədə onu dinləməyi bacarmağı öyrənmək lazımdır. Sadəcə, saatlarla dinlə təbiəti, inan, dilin açılacaq, sənin də bölüşməyə kifayət qədər sözün olacaq.
İynəyarpaqlı ağaclarla göz-gözə olmaq da nadir fürsətdir, sözlə ölçüyəgəlməz xoşbəxtlikdir. İri şəhərlərin çirkab dadan havasından qurtulub çiyərlərini bolluca oksigenlə qidalandırdıqca, ulu babalarımız ruhlu şam, küknar və digər bu qəbildən ağaclarla həmsöhbət olmaq tamam başqa bir dünyadır. Diqqət yetirənlər bilir; Tanrı uca göylərdən nur səpələyəndə, küknar ağaclarının iynəyəbənzər yarpaqlarında salxımlanan damcılar sənə təkrarsız möcüzə yaşadır. Yağış kəsəndən xeyli sonra da nur saçan bu damcılar ruhunu oxşayır. Həmin damcıların bu iynəyarpaqlarda nəyin hesabına saatlarca qərar tutması mətləbindən ha çalışsan da, baş aça bilmirsən?! Axı, məntiqə söykənsək, həmin damcılar yuvarlanaraq yenidən torpağa pənah aparmalıdır, di gəl, onların saatlarca yerində saydığı reallığı ilə barışmalı olursan. Bax, təbiətin qüdrəti, Tanrının mükəmməl fəlsəfəsi də elə buna bənzər mətləblərdə özünü daha qabarıq göstərir.
Təbiətin insandan ən böyük üstünlüyü ondadır ki, Tanrının buyurduğundan bir addım da kənara çıxmaz, bu istisnadır. Halallıqda tayı-bərabəri yoxdur, daim bitərəfdir. İnsanın özünkü sandığı məntiqlərin əksəriyyəti də əslində təbiətdən çırpışdırmadır, sadəcə, qızıl-qırmızı bunu boynumuza almaq istəmirik. Mənəvi zənginliyimizdə, kamilliyimizdə də təbiət əvəzsiz pay sahibidir. Yabanı (“yabanı” sözünün ilkin anlamında, indiki təhrif olunmuş mənasında deyil) təbiətlə insan təbiəti heç cür müqayisəyə belə gəlməz. Mütləq paklıq təbiətlikdir. Təbiətdəki mütənasiblik, vəhdət də həsəd doğurur. Onda anlayırsan ki, Tanrının yaratdıqlarında təsadüfilik yoxdur.
Çox vaxt ha çalışsan da, öz daxili dünyana yol tapa bilmirsən, buna lap məəttəl qalırsan. Belə anlarda da yardımına ilk növbədə təbiət yetir. Ona üz tutsan, iç dünyanın darvazası üzünə laybalay açılacaq. Özü də, sanki, behiştə ayaq basacaqsan. Heyrətdən heykələ dönəcəksən, daxili dünyandakı bu qədər möhtəşəmlikdən bixəbər olduğuna ağzıaçıla qalacaqsan. İnan, özün birbaşa iç dünyana baş vuranda bu səviyyədə əzəmətlə qətiyyən qarşılaşmazsan.
Təbiət səni arındırır, duruldur, mənəvi dünyanı saflaşdırır. Belədə Tanrının yaratdıqlarına maksimum halallıqla və həssaslıqla yanaşırsan. Təbiətlə qoşalaşanda, özünü məhz insan kimi hiss edirsən, əsl dəyərini anlayırsan. Təbiətlə göz-gözə olanda ruhun asimanda – Tanrı dərgahında cövlan edir, sərhəd tanımır. Bu anlarda öz daxili dünyanın qalaktikalar qədər hüdudsuz olduğunun mahiyyətinə varırsan. Həmin ucsuz-bucaqsız məkanda süzdükcə, xoşbəxtliyi qətrə-qətrə dada bilirsən, bu qətrələrin də hər birinin ən azı okean nəhayətsizliyindən geri qalmadığının mahiyyətinə varırsan. Təbiətlə üzvi şəkildə uzlaşanda ruhunun, qəlbinin əks-sədası sənə həzin bir nəğməni andırır, az qalırsan, özün bülbül təkin cəh-cəh vurasan. Belə məqamlarda iç dünyan çiçəyə bələnir, ətrindən bihuş olursan. Təbiət insanı daxili dialoqa kökləyir, mənəvi dünyana halallıq toxumları səpir. Əgər, sən, təbiətdən görüb-götürənlərdən, hər günün sonunda Tanrı və özün qarşında halallıq hesabatı verən kəslərdən birisənsə, qətiyyən elə bir böyük günah sahibi olmazsan. Özünə görə kifayət qədər müdriksənsə, mütləq qaydada təbiətin bəni-insanın sarsılmaz dayağı olduğu qənaətinə gəlirsən.
Həyat amansızdır, kimsəyə güzəştə getməz. Təlatümlə üz-üzə qalanda da təbiətə sarı yönəl, hətta, yaralarına da məlhəm olar. Qısa zamanda harmoniyaya qovuşarsan. Təxəyyül və təfəkkürün əkiz qardaşa çevrilərək yalnız və yalnız saf məqsədlərə xidmət edər. Təbiətlə dostluğunda mükəmməl sevgi səviyyəsinə yüksələ bilsən, həyatda da eşqdə Füzuli zirvəsini fəth etmək qüdrətinə yetişərsən, təkcə insanlara deyil, eləcə də, Tanrının yaratdığı bütün nəsnələrə münasibətdə də bu ucalıqda olacaqsan. Təbiətin ruhunuza və qəlbinizə səpəcəyi toxumları layiqincə “suvara” bilsəniz, məram və niyyətləriniz ümmana çevriləcək, bəşəriyyətə töhvələriniz sıralanacaq. Təbiət qismətinizə qismət qatacaq. Təbiətin ruhuna nüfuz etmək qüdrətinə yetə bilsən, mənəvi dünyanı daha dolğun kəşf edəcəksən, beləliklə, xoşbəxt və mənalı ömürün açarına yiyələnmiş olacaqsan.
Çalış, ən azı təbiətdən aldığın qədər ona ərmağan etməyi də vərdişə çevir. Məhz təbiət hər bir şüurlu kəsə bölüşmək kimi müqəddəs bir hissi də aşılayır. Minnətdar olmağı yadrıxma, bacardıqca özünü təbiətə sipər eləməyi də unutma. Bu yolla insanlıq mərtəbəsində yerin durmadan daha uca olar. Təbiətin insana ən böyük həyat dərslərindən biri Tanrının bütün yaratdıqlarının eyni dəyərdə olması həqiqətini anlamağına yardımçı olmasındadır. Bu halda qanırsan ki, kimsəyə və heç bir nəsnəyə yuxarıdan aşağı münasibət bəni-insanlıq deyil.
İnsan potensialının tükənməzliyindən də məhz təbiət onu qədərincə duyuq salır. İltifatını bir an da olsun səngitməyən təbiətlə qədərincə dostluq insanın yardıcılıq imkanlarını da pöhrələndirir, saysız-hesabsız bəşəri və xoşməramlı hədəflərə kökləyir. Bu hədəflərə qovuşduqca, simaca təbiət ucalığına yüksəlişdə olduğunuzun da mahiyyətinə varırsınız. Səni duyğu selinə qovuşduran da elə təbiətdir. Bunsuz insan cansız varlıqlardan qətiyyən seçilməz, heç bir dəyər kəsb etməz. Mənəvi zənginliyə möhtəşəm körpü təbiətdir, təbii ki, bunu özün üçün şüurlu seçim edə bilsən. Təbiətə sarı təhtəlşüur yön almağın özü belə təkrarsız səadətdir. Təbiət tükənməz xəzinədir, ilk növbədə mənəviyyat xəzinəsi. Sən ona arxa çevirməsən, həyatının dolanbaclarında da səni tək buraxmaz. O, daimi qaynayan çeşmə təkin iç dünyanı silib-süpürər, xıltsız olarsan. Təbiətin ən imtiyazlı bir parçası sayılan bəşər övladı bu üstünlüyündən sui-istifadə etməyi ağlının ucundan belə keçirmədən onun sadiq dostuna çevrilmək ucalığına yetməklə Tanrı hüzurunda ölçüyəgəlməz xidmət ortalığa qoymuş olur.
Nəhayət, həyatın klassikasının mahiyyətinə lazımınca varmaq üçün ilk növbədə təbiətin təkrarsız simfoniyasına bütün varlığınla diqqət kəsilməlisən. Ulu Yaradanın bu ən mükəmməl əsərindən isə təravət, xeyir-dua, humanizm və müdriklik heç zaman əskilməz. Ən başlıcası, Tanrının mütləq varlıq olduğu həqiqətini də məhz təbiətdən görüb-götürmək daha düzgün yoldur. Özü də təbiət sənə Uca Varlıqdan qorxmağı, ikiqat əyilməyi, təzim etməyi yox, ona müqəddəs sevgi bəsləməyi, əqlinin, qəlbinin ən uca zirvəsində ona yer ayırmağı öyrədəcək. Bax, sözün böyük anlamında yaşamağın - səadət dolu, qürur duyulası bir ömür sürməyin yeganə danılmaz düsturu da elə məhz bu mükəmməl məntiqdən qaynaqlanır. Bir sözlə, təmənnasız dostluqda, əlçatmaz ustad səviyyəsinə yüksəlməkdə, ən başlıcası, Tanrı fəlsəfəsinə sadiqlikdə kimsə təbiətlə döş-döşə gəlmək qüdrətində deyil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır