00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Hekayələr - Azad Müzəffərli yazır
Tarix: 09-02-2019 11:52 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Möcüzə
Qədir birinci sinifə gedirdi. Yaşı altını ötsə də, hələ də onun çöhrəsində təbəssümdən əsər-əlamət yox idi. Lap körpəlikdən beləcə qaraqabaq idi. Valideynlərinin üz tutmadıqları məşhur psixoloq qalmamışdı, di gəl, heç bir faydası olmamışdı. Anasının məktəblə bağlı ümidi də boşa çıxmaqda olduğundan bu boyda gen dünyada özünə yer tapa bilmirdi. Atası da fərqində deyildi ki, haranın külünü başına tökə.
İki həftə olardı dərslərin başladığı. Növbəti dəfə məktəbdən evə qayıdan Qədirin çöhrəsi payızda bahar ovqatına bələnmişdi, gözlərində Günəş şüalarının parlaqlığı vardı. Möcüzə ortadaydı. Xoşbəxtliyi göylərə bülənd olan ananın köksündən bədahətən alqış pöhrələndi:
- Şükür sənə Tanrım! Allah bu məktəbi fikirləşənin atasına qəni-qəni rəhmət eləsin!
***
“Nəzir qutusu”
Həyat yoldaşının keyliyindən cana yığılmışdı. Yenə də gödəkçəsinin düyməsini tikməmişdi. Bir həftəydi hər gün xatırlatmasına baxmayaraq düyməni yerinə bənd eləmək arvadının yadından çıxırdı. Bu, qətiyyən saymazyanalıqdan irəli gəlmirdi. Onun qabağında heç döşünə döyən kişilər belə at oynada bilməzdi, onda qala həyat yoldaşı. Sadəcə, bu huşsuzluq anadangəlməydi.
İşə tələsdiyindən həyat yoldaşına acıqlanmağa belə macal tapmadı. Hövsələsini bir təhər basıb bunu axşama saxladı. Gödəkçəsinin düyməsini tələm-tələsik arvadının yaxınlığındakı “nəzir qutusu”nun üstünə tolazladı. Ər-arvad yarı zarafat, yarı ciddi bu gümüşü rəngdəki qutuya belə ad qoymuşdular. Məvacibindən özünə lazım olan qədər götürürək pulun qalanını həmişə bu qutunun içinə qoyardı. Aradabir işdənkənar sifarişi olanda da, qazancının çox hissəni oraya yerləşdirərdi. Bəxti gətirəndə lotereyada udduğu pulun da xeylisini həmin “nəzir qutusu”na ötürərdi.
Gün ərzində işdə hikkəsindən özünə yer tapmayan Sərvər qaranəfəsə özünü evə çatdırdı. Zəngin düyməsini təzəcə basmışdı ki, bir əlində onun gödəkçəsini tutan həyat yoldaşı Gülnaz qapını açdı.
- Gəl, yemək də, çay da hazırdır. Gödəkçənin düyməsini də tikmişəm. Düymələrdən birinin sapı da boşalmışdı, onu da bərkitdim.
Sərvər mat-məəttəl qalsa da, “nəzir qutusu”nun hikməti ortadaydı.
***
Xəstəxanada tamaşa
Xəstəxanada əsl tamaşaydı. İnan, ən məşhur rejissorlar da bu səhnəyə ağzıaçıla bənd olardılar.
- Əclafın biri, əclaf... Ağciyər yaramaz... Bəsdir, cücə kimi əsdiyin, kişi ol! Yetər!
Pəhləvan cüssəli birisi dəhlizdəki güzgünün qabağında özünə divan tutmuşdu. Başına, üz-gözünə və sinəsinə döşədiyi şillə-qapaz saya gəlmirdi. Adamhürküdən gövdəsindən, şahə qalxan dalğalara bənzər sinəsindən və zırpı mancanağı andıran qollarından bəlliydi, günün əksər hissəsində idman salonlarında özünə rəhmi gəlməyənlərdən idi.
Ətrafına toplaşan kəslər, o cümlədən, himinə bənd olan əzizləri də ona yaxınlaşmağa cürət eləmirdilər. Nəhayət, əlacsız qalan tibb bacısı əl arabasını hürkə-hürkə də olsa, ona yaxınlaşdıraraq xəstəyə səsləndi:
- Qardaş, cərrah bayaqdan sizi gözləyir e?! Zəhmət olmasa, arabaya əyləşin...
Meyit rəngi alan xəstənin sanki dili tutulmuşdu. Çıxılmaz vəziyyətdəydi. Elə bil, nə “hə”, nə də “yöx” deməyə heyi qalmamışdı.
Bu məqamda dəhlizin qapısının cırıltısı sakitliyi pozdu. Hamı o tərəfə qanrıldı, özünə rəhmi gəlməyən xəstə də. Əl arabasında sısqa bir gənc qadın əyləşmişdi. Yəqinki, ayaq üstə olsaydı, əllə yüngülcə toxunsaydın, duruş gətirə bilməyərək mütləq yıxılardı. Məğrurdu, gözlərindəki ümid parıltısı məsafədən aydınca sezilirdi. Qadınların palatasından əməliyyat otağına aparılan həmin xəstə onlara yaxınlaşanda gözlənilmədən köhnə tanışlar kimi əlini bayaqdan özünü döyəcləyən xəstəyə uzadaraq nəzakətlə “gedək” dedi. Bayaqdan buna bəndmiş kimi o andaca kişini dəli bir ağlamaq tutdu. Acizanə şəkildə arabasına əyləşdi.
Təkərli əl arabaları qoşalaşaraq cərrahiyyə otaqlarına sarı yön aldı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır