23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ac toyuğun yuxusu
Tarix: 21-03-2016 17:36 | Bölmə: Mahir Qabiloğlu

Mən Fırtışqulu vəzifəli adam olmaq istəyirəm. Ürəyim gedir vəzifəyə keçmək üçün. Söz vermişəm rüşvət almayacağam. Ayıbdır. Nəslimin adını biabır edə bilmərəm. Sadəcə məqam düşəndə büdcəni əməcəyəm - çağa anasını əmən kimi. Süd kəsilsə... onda söz verməyimə baxmayaraq, əlimyandımda "Malış"-a, yəni rüşvətə də keçməyə məcbur olaram.

Müdir təyin edildiyim idarədən içəri keçəndə hamı "Salam, Fırtışqulu müəllim", "Necəsiniz, Fırtışqulu müəllim?", "Allah Sizə ömür versin, Fırtışqulu müəllim", "Başımızın üstündən əskik olmayasınız, Fırtışqulu müəllim",- deyəcək.

Lift açıq vəziyyətdə hazır olacaq. Kandarında da çest verən polis. Qalxacağam kabinetimə. Katibə gülərüzlə məni qarşılayacaq. Bütün qütblərdən - şimal, qərb, şərq və cənubdan ona ani nəzər yetirəcəyəm. Şaquli və horizontal qiymətləndirəcəyəm. Zövqümə cavab verməsə, şöbələrdən birinə adi işçi keçirəcəyəm. Yerinə daha cavanını gətirəcəyəm. Özü də ikisini birdən. Biri 9-dan 6-yacan işləyəcək, o biri isə 6-dan gecə saat 12-yədək. Bezəndə yaxşı cehiz verib birinə sırıyacağam gedəcək. Yerinə daha qəşəngini götürəcəm.

Kabinetə girəcəyəm. Köhnə müdirin iyi hiss olunsa, həmən təmirə başlayacağam. Həm də birdən kamera-zad quraşdırarlar axı. Allah Elşad Abdullayevin ölənlərinə rəhmət eləsin. Sonra işçiləri bir-bir qəbul edəcəyəm. Hamısının "suka"lıq çıxışlarına təmkinlə qulaq asacağam. İçindən "suka" çıxmayan bir nəfəri özümə 1-ci müavin təyin edəcəyəm. O bir nəfər də ancaq mənim "baş suka"m olaraq o biri "suka"ları bir-bir aradan götürəcək. Mən də bütün cərəyan edən hadisələri 1-ci müavinin üstünə yıxacağam. Onun vasitəsilə bütün tanış, dost, qohumlarımı vəzifələrə yerləşdirəcəyəm. Sonda 1-ci müavini də işdən çıxaracağam. İşdən çıxarılan digərləri də başlayacaq ölənlərimə rəhmət oxumağa. Ki, onların işdən çıxarılmasına səbəb olan 1-ci müavini işdən çıxartdım.

Bütün şöbə müdirlərinə müavin qadın təyin edəcəyəm. Onlar da onları "dü-düt" gününə qoyacaqlar. Bu minvalla hər şeydən xəbərim olacaq.

Bundan sonra köhnə müdirin ölənlərinə rəhmət oxutduracağam. Nəslimdəki bütün uzaq qohumların yadına düşəcəyəm. Gələn-gələni söyüb qapıdan qovacağam. "Bu vaxtacan hardaydınız?"- deyəcəyəm. Onlar da "Fırtışqulu qudurub", "vəzifə bunu da qudurtdu", "Atası sağ olsaydı heç olmasaydı sözümüzü ona deyərdik",- deyə mırıldayacaqlar.

Bir aydan - təbrikləri qəbul edəndən sonra telefon nömrəmi dəyişəcəyəm. Üç yeni telefon alacağam: Biri ailəm üçün, biri iş üçün, biri də "maska”lar üçün.

İki şoferim olacaq. Biri mənə baxacaq, biri də ailəyə. Bazarlıq, səhər tezdən təzə təndir çörəyi almaq, zibili atmaq onlara baxacaq. Lazım olsa nəvələrimi bağçaya, məktəbə də aparacaq.

Arvadın tənələrindən canım qurtaracaq. Daydeməyəcəkkigecə saat 12-də hardangəlirsənVəzifəliadamgecə saat12-də hardangələr? Əlbəttə kiyuxarıdakeçirilənmüşavirədən. Üstümü iyləməyəcək. Əlimə, bir də cibimə baxacaq. Pulu başından şabaş kimi səpib "Kişidir bu" mahnısına oynadacağam onu. Day mənə "özgə oğlusan",- deməyəcək. "Atam da sənsən, anam da",- sözünü arvaddan eşitmək axır ki, mənə də qismət olacaq.

Bir orta vəzifəli qohumumuz mənə "vəzifəsizsən",- deyərək əyri-əyri baxmayacaq. Məni o biri uşaqlarının "Buta"da keçirilən toyuna birinci çağıracaq. Yuxarı başda yer göstərəcək. Yaslara gedəndə də yuxarı başda oturacağam. Mollaya şirinlik də verəcəyəm ki, mən öləndə yasini ürəklə oxusun.

Cəmiyyətin qaymağı mən olacağam. Sabir Rüstəmxanlıyla qohum olacağam. Qəzetlər mənim Sabirlə yox, bunun əksini - Sabirin mənimlə qohum olmasını önə çəkəcəklər. Nə olsun ki, mən ondan qat-qat aşağı adamam. Za-to vəzifəliyəm. Necə deyərlər vəzifəmə görə cəmiyyətin qaymağı mən olacağam, o isə...

Bir barmağımla evlər yıxacam. Bir barmağımla evlər tikəcəm. Hamını bir-birinə qarşı qoyacam. Parçalayıb hökm sürəcəm. Pulu hamıdan artıq sevəcəm. Pul həm atam olacaq, həm anam. Özümdən vəzifədə böyük olanların qabağında diz də çökəcəyəm, ayaqqabılarını nəfəsimlə hö-hö verib, cib dəsmalımla parıldadacağam. Fürsət bilsəm ayaqqabılarını çıxaracam. Ayaqlarından dartıb, yıxaraq yerlərinə keçəcəyəm. Ayaqqabılarını da ayağıma keçirəcəyəm. Onların yerişin yeriməyə başlayacağam.

"Fırtışqulu oyan... ay Fırtışqulu, oyan". Arvadımdır. Gül kimi yuxu görürdüm. Yenə başlayacaq da: "Get zavod çörəyi al, nahar edək. Yolüstü zibili də atarsan. Nəvənin də fimozu var. Sünnətini oynatmağı unutma. Bekar adamsan da...". 


Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}