12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:30 / 16-09-2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:05 / 16-09-2025
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
11:00 / 16-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Yenilənib
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
10:04 / 16-09-2025
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
09:49 / 16-09-2025
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
09:45 / 16-09-2025
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
09:40 / 16-09-2025
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
09:29 / 16-09-2025
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
09:20 / 16-09-2025
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

14:21 / 11-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

Bakı və Cocuq Mərcanlı
Tarix: 05-11-2017 14:52 | Bölmə: Mətanət ƏLİYEVA

Adamlarla söhbətdə tez-tez sosial vəziyyətdən narazılıq eşidirəm. Belə olanda soruşuram ki, vəziyyəti necə düzəltmək olar?
Bir təqaüdçü sualıma cavab olaraq bildirdi ki, bu gün Milli Şuranın mitinqidir.
Mən dedim ki, mitinq edə-edə gəlib bu acınacaqlı vəziyyətə düşmüşük. Hakimiyyəti dəyişmək üçün mitinqdən başqa yol yoxdurmu?
Təqaüdçü məndən başqa hansı yolun olduğunu soruşdu. Dedim ki, bu, seçki yoludur. Sözlərim ona gülünc göründü.
Dedi ki, seçimi Məzahir Pənahov edir.
Soruşanda məlum oldu ki, bu adam səs verməyə getmir.
Müstəqilliyin ilk illərində xalqımız seçkilərdə daha fəal olurdu, hakimiyyətin demokratik seçki yolu ilə dəyişəcəyinə inanırdı. Tədricən bu inamı vətəndaşlarda “öldürdülər”. Bunda həm iqtidarın, həm müxalifətin günahı oldu. Bu inamı yenidən xalqa qaytarmaq lazımdır.
Heç bir hakimiyyət əbədi ola bilməz. Şah Abbas, Qacar kimi şahların, çar 1-ci Pyotrun, Fransa krallarının da hakimiyyəti əbədi olmayıb, onları yeni sülalələr əvəz edib. Hakimiyyətin zorakı yolla, inqilab yolu ilə, yaxud dövlət çevrilişi yolu ilə dəyişəcəyini proqnozlaşdırmaq çətin olsa da, Tolstoy kimi uzaqgörən dahilər bunu qabaqcadan görə biliblər. İnqilab zamanı bir siyasi quruluş digəri ilə əvəz olunur, məsələn, kapitalizm quruluşunu sosializm quruluşu, krallıq rejimini demokratik respublika əvəz edir. Dövlət çevrilişi zamanı siyasi quruluş dəyişmir, hakimiyyətdəki bir klanı digər tayfa klanı, yaxud bir dini qruplaşma, milli-etnik qruplaşma əvəz edir. İstənilən halda hakimiyyətin seçki yolu ilə dəyişməsi daha əlverişlidir.
Gələn il Azərbaycanda prezident seçkiləri ilidir. Vətəndaşlarda bir faiz də ümid yoxdur ki, gələn il Azərbaycanda hakimiyyət dəyişəcək. Seçki ərəfəsində ölkədə demokratik şərait yaradılsa, əhali çox xoşbəxt olar. Potensial namizədlər qeydiyyatdan keçərlər, gərgin siyasi mübarizə başlanar, eyni siyasi əqidələrin daşıyıcıları bir yerə toplaşar, əhali fəallaşar, gələcəyə ümid yaranar. Belə bir mühitdə biz artıq yaşamışıq, qısa bir vaxtda olsa da, demokratiyanın dadını hiss etmişik.
1990-1995-ci illər ərzində ölkəmizdə demokratik vəziyyət mövcud idi. Demokratiyadan istifadə edərək ölkədə iki dəfə dövlət çevrilişi etdilər, silahlı qruplaşmalar yaratdılar, separatizm gücləndi, torpaqlar işğal olundu, vətəndaş müharibəsi təhlükəsi yarandı və demokratiyanı xaosa çevirdilər. Məlum oldu ki, biz demokratiyaya hazır deyilik, bizə “dəmir əl” lazımdır. “Dəmir əl” gəldi və yavaş-yavaş demokratiya sıfra endi. O vaxtdan 20 ildən artıq vaxt keçib. Bəlkə də artıq biz demokratiyaya hazırıq. Siyasi cəhətdən xeyli savadlanmışıq, dərk edirik ki, qərb bizə demokratiya gətirməyəcək, qərb Qarabağı azad etməyəcək, bunu biz özümüz etməliyik.
Öyrənmişik ki, mitinqdə populist çıxışlar edənlər dəfələrlə xalqa xəyanət ediblər.
Öyrənmişik ki, ölkədə qanunlar işləməyəndə, məmurlar korrusiya ilə məşğul olanda bütün xalq səfalət içərisində yaşayır, qanunlara hörmət etməyən xalqa dünyanın heç yerində hörmət etmirlər.
Demokratiyanı yenidən bizə verəcəklərmi? Yaxud iqtidar demokratik seçkidə uduzsa, hakimiyyəti kənar şəxsə verərmi? Ümumiyyətlə, bunları yazmaq sadəlövhlük deyilmi? Bizim şüurumuzda hakimiyyəti vermək ağılsızlıqdır, çünki başqa heç cür milyardlar oğurlamaq mümkün deyil.
Demokratiyaya hazır olsaq da, olmasaq da, biz demokratiya istəyirik. Şəxsən mən gələn ilki seçkilərdə yenilik gözləyirəm. Buna inanmasam qüssədən ürəyim partlayar. Yenilik olmalıdır, ən azından torpaqlar işğaldan azad edilməlidir.
Mən Qarabağ mövzusunda heç vaxt yazmıram, çünki mənim bu mövzu ilə bağlı fərqli fikirlərim var. Cəbrayılın Cocuq Mərcanlı kəndində gedən tikinti-quruculuq işlərinə baxanda fikirləşirəm ki, niyə biz torpaqlarımızı düşmənə verib şəhər və kəndlərimizi dağıtdırandan sonra onları layihə əsasında, memarlıq qaydalarına əməl etməklə tikməliyik?
Cocuq Mərcanlıda geniş yollara, bir-birinə uyğun tikilmiş evlərə baxmaq adama ləzzət edir. Azərbaycanın kənd və şəhərlərində düz yol deyilən şey yoxdur, evlər harda gəldi, necə gəldi tikilib. Nə vaxtsa yolları təmir etmək, kanalizasiya xətti çəkmək lazım gəlsə, tikinti işçiləri başlarını itirəcəklər.
İcra hakimiyyətlərinin memarlıq şöbələrində işləyən bəzi şəxslər öz vəzifələrini rüşvət almaq kimi başa düşürlər. Bakının Saray qəsəbəsində şəxsi ev tikmək istəyən bir nəfərdən icazə üçün 20 min manat rüşvət tələb ediblər. Demokratik seçki mühiti yaradılsa, heç olmasa, namizədlər belə problemlərə toxunarlar. Mənim fikrimcə, Bakının memarlıq məsələsinə görə məsuliyyət daşıyan şəxsə ən ağır cəzanı vermək lazımdır. Bakı elə günə qalıb ki, adam az qalır desin, Bakını da verək ermənilərə, onu yerlə-yeksan etsinlər, sonra onu Cocuq Mərcanlı kimi yenidən tikək.
Araşdıranda məlum olur ki, Bakını pis günə qoyan göydələnləri tikənlərin əksəriyyəti mitinqlərdə pafoslu çıxışlar edən “millət qəhrəmanları”dır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər