19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

12:00 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

Batan gəminin kapitanı - M. Əliyeva
Tarix: 16-03-2019 13:13 | Bölmə: Mətanət ƏLİYEVA

İki aydan çoxdur yazmıram. Hesab edirəm ki, yazmaqdan keçib, əməl dəyişməlidir.
Düşünürəm ki, ölkəmiz parlamentli respublika olsaydı, 5 ildən bir demokratik seçkilər keçirilsəydi, siyasətlə məşğul olanlar həqiqi siyasi mübarizə aparsaydı, mətbuat da bu ədalətli mübarizəni işıqlandırsaydı, daha yaxşı olardı. Təəssüf ki, bunların heç biri yoxdur. İndiki halda hakimiyyəti yalnız zorakı yolla dəyişmək mümkündür. Bunun nəticələri isə faciəvi ola bilər. Amma qanunlara söykənən dəyişiklik mütləq olmalıdır.
Artıq 25 illik mövcud hakimiyyətdən doymuşuq. Yaxşı işlərinə görə sağ olsunlar. Yollar çəkilib, yeni xəstəxanalar, məktəblər tikilib, əhalinin işini asanlaşdıran “ASAN Xidmət” yaradılıb və sair. Əvvəlki hakimiyyətlə sonrakıların düşmənçiliyinə də son qoyulmalıdır.
Prezident son aylar kasıbları yadına salıb, tədbirlər görür. Bunun davamını gözləyirəm, amma nikbin deyiləm, çünki ölkənin 90 faizini təşkil edən kasıblar elə bir quyunun dibindədir ki, bu hökumət onları quyudan çıxara bilməyəcək. 10 min dollar kredit məsələsində güzəşt etməklə vəziyyət düzəlməz. Rayon əhalisinin həm banklara, həm sələmçiyə, həm də ərzaq mağazalarına borcu var. Borclar gündən-günə böyüyür.
2 milyondan artıq vətəndaşımız ağır mühacirət həyatı yaşayır. Onların taleyi çox az adamı maraqlandırır.
Kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sektoru inkişaf etdirəcəyinə də əmin deyiləm. Bunun səbəbini xırdalamaq istəmirəm. Amma əminəm ki, belə idarəçilik davam etdikcə vəziyyət gündən-günə ağırlaşacaq. Dövlət səviyyəsində israfçılığın nəticəsi dilənçilik olacaq. Bu hakimiyyətin ən bağışlanılmaz əməli onların yaxın ətrafının qanunları və xalqı saymamasıdır.
Mən özümü dahi Lev Tolstoyla müqayisə etmək istəmirəm. Tolstoy əsərlərində, o cümlədən “Dirilmə” romanında yazırdı ki, Rusiyada bütün sahələrdə korrupsiya, oğurluq baş alıb gedir, tüfeyli həyat tərzi keçirən zadəgan sinfi, din xadimləri mənəviyyatlarını itiriblər, yeganə işıqlı qüvvə inqilabçılardır.
Çar Nikolay yazılanlardan nəticə çıxarmaq əvəzinə Tolstoyu sürgün etmək istəyirdi. Nəticədə inqilab baş verdi, sadə xalq azadlıq əldə etdi, zadəganlar güllələndi və ya sürgün edildilər, kasıb mühacirə çevrildilər. Ən böyük faciəni isə çar Nikolayın ailəsi yaşadı.
Vətəndaşlar hakimiyyəti sevməsələr də, onu dəyişmək istəyən qüvvəyə də qoşulmaq istəmirlər. Çünki ABŞ-ın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsindən qorxurlar, fikirləşirlər ki, vəziyyət daha da pis ola bilər, Əfqanıstanın, Suriyanın, İraqın vəziyyətinə düşərik. Elə bir an gələr ki, insanlar nifrətdən real düşüncə hissini itirə bilər.
Üzdə olan çərənçi “politoloqlar”ımızı görəndə adam deməyə söz tapmır. Əslində bizdə vəziyyət Əfqanıstandan yaxşı deyil. Fərq ondadır ki, bizdə vətəndaş müharibəsi getmir, sovet Azərbaycanının bəxş etdiyi təhsil və səhiyyə sistemini tam dağıda bilməyiblər.
Hazırda ölkəmizin real mənzərəsi belədir ki, torpaqların 20 faizi işğaldadır, vətəndaşların 20 faizdən çoxu mühacirətdədir, məhkəmə, prokurorluq, polis başda olmaqla dövlət strukturları maksimum korrupsiyalaşıblar, əksər insanların mənəviyyatı məhv edilib, oğurluq, fahişəlik, narkomanlıq, yaltaqlıq xərçəng xəstəliyi kimi metastaz verib. Ölkəni bu vəziyyətə gətirən hakimiyyət isə onu bu vəziyyətdən çıxarmağa qadir deyil.
Dahi fransız diplomatı Taleyran tez-tez mövqeyini dəyişdiyi üçün bəziləri onu satqın hesab edirdi. Görəndə ki, kral dövləti süquta aparır Taleyran kralı devirmək istəyənlərə qoşulurdu. Onu satqın hesab edənlərə Taleyran belə cavab vermişdi:
- Mən görəndə ki, gəmi batır, onu limana çıxarmışam. Fərqi yoxdur bu hansı limandır.
Kralı satmaq satqınlıq deyil, əsl satqınlıq dövləti və xalqı satmaqdır. Bizim dövlət gəmimiz də batır, onu limana çıxarmalıyıq. Fərqi yoxdur gəminin yeni kapitanı kim olacaq. Bu kapitan da gəmini batırmaq istəsə, onu yeni kapitana dəyişib gəmini limana çıxararıq. Korrupsiya bataqlığında üfunətli palçığın bizi boğmasından canımızı qurtarmalıyıq. Mübarizəsiz yaşamaq ölməkdən pisdir.(“İmpuls” qəzeti)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər