09:15 / 08-07-2025
Makronun Putinə zəng etməsinə səbəb nə olub?
09:10 / 08-07-2025
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
09:08 / 08-07-2025
Alla Puqaçovanın səhhətində problemlər yaranıb
09:04 / 08-07-2025
İcra başçısının nümayəndəsi həbs edilib
08:59 / 08-07-2025
Netanyahu Trampla İranda hakimiyyət dəyişikliyindən danışıb
08:55 / 08-07-2025
Polşada Avropanın ən güclü ordusu yarana bilər
08:49 / 08-07-2025
Sərnişin qatarları yay qrafikinə keçir
08:44 / 08-07-2025
Pentaqon Ukraynaya yeni silah tədarükü elan edib
22:43 / 07-07-2025
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
20:50 / 07-07-2025
Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
20:12 / 07-07-2025
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
18:33 / 07-07-2025
Bu il sülh sazişi imzalana bilər
18:01 / 07-07-2025
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
17:43 / 07-07-2025
Mirzoyan: "Biz Azərbaycanla sazişi imzalamağa hazırıq"
17:43 / 07-07-2025
Türkiyə hərbi büdcəni böyüdür
17:22 / 07-07-2025
Zooparkdan qaçan aslan insana hücum edib
17:19 / 07-07-2025
Nazir vəzifəsindən azad edilən şəxs özünü güllələyib
17:16 / 07-07-2025
Rusiyanın neft emalı zavodunu partladıblar
17:08 / 07-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
17:03 / 07-07-2025
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
17:03 / 07-07-2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
16:49 / 07-07-2025
“İşsizlikdən sığorta vəsaitlərinin uçotu" barədə qaydaya dəyişiklik edilib
16:37 / 07-07-2025
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
16:25 / 07-07-2025
Dövlət Nəzarəti Xidmətində təyinatlar olub
16:18 / 07-07-2025
Direktor və müavinlərinin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
16:04 / 07-07-2025
Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin açılışı olub - Fotolar
15:54 / 07-07-2025
"Sumqayıt"da baş məşqçi təyinatı olub
15:50 / 07-07-2025
İlham Əliyev Çinlə bağlı daha bir müqaviləni təsdiqləyib
15:44 / 07-07-2025
"Saakaşvili əfv edilməyəcək"
19:48 / 04-07-2025

14:40 / 03-07-2025

15:47 / 04-07-2025

08:03 / 04-07-2025

11:04 / 03-07-2025

11:51 / 04-07-2025

13:08 / 03-07-2025

19:14 / 04-07-2025

07:37 / 04-07-2025

13:08 / 04-07-2025

14:34 / 03-07-2025

Qarşıdakı faciə və üçüncü qüvvə... - M. Əliyeva yazır
Tarix: 31-03-2019 11:49 | Bölmə: Mətanət ƏLİYEVA

Bir neçə gün öncə “Azəryolservis” ASC-nin sədr müavini Əvəz Qocayevin var-dövlətinin siyahısı açıqlandı. Var-dövlətin həcmi milyard manatı keçir. Bu hələ müavinin var-dövlətidir. Yəqin ki, sədrin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adi bir əməkdaşının var-dövləti bundan da çoxdur.
Qanunların işlədiyi dövlətlərdə (o dövlətlər ki, dünyanın bütün korrupsiyalaşmış dövlətlərindən mühacirlər ora can atırlar) çalışan, ağlı, bacarığı olan adamlar varlı yaşayırlar. Bizim ölkədə isə zəhmət çəkənlərin əksəriyyəti yavan çörəyə güclə pul tapdıqları halda, oğrular, rüşvətxorlar, büdcəni və xalqın sərvətini talayanlar fantastik sərvət sahibidirlər.
Əvvəllər sadə əhali onu talamaq hesabına varlı yaşayanlara həsədlə baxırdı. Bir növ hesab edirdilər ki, bu, belə də olmalıdır, “bacarana baş qurban”, - deyirdilər. Bundan şirniklənən varlılar villalarını, maşınlarını, məşuqələrini, istirahət etdikləri kurortları nümayiş etdirməkdən zövq alırdılar.
Artıq oğrulara münasibət dəyişib, insanlar onlara qarşı qəzəbli və kinlidirlər, əllərinə fürsət düşsə onları tikə-tikə edərlər. İnsanlar başa düşüblər ki, bu gün səfalət içərisində yaşamalarının səbəbkarları məhz bu oğrulardır. Bunu hiss edən varlılar artıq var-dövlətlərinin nümayişindən ehtiyat edirlər.
Prezident İlham Əliyev sosial ədaləti bərpa etmək, kasıbların vəziyyətini yaxşılaşdırmaq üçün sərəncamı sərəncam ardınca verir. Amma bunlar dəryada bir damla kimi gözə görünmür. Korrupsiya aradan qalxmasa, heç bir sərəncamın faydası olmayacaq.
“Diqlas” Ticarət Mərkəzində yanğından zərər çəkən sahibkarlar, zəlzələdən ziyan çəkənlər əmlaklarını sığorta etdirmədikləri üçün dövlət onları günahkar bilir. Amma sığortanın normal fəaliyyəti üçün ədalətli məhkəmə olmalıdır. Məhkəməyə inanmayan vətəndaş sığortaya da etibar edə bilməz. Polisin, prokurorluğun, məhkəmələrin maksimum korrupsiyalaşdığı ölkədə inkişaf da mümkünsüzdür, adi vətəndaşın firavan yaşaması da.
20 milyard manat olan dövlət büdcəsinin hər il təxminən 10 milyard manatını məmurlar oğurlayır. Bu 20 milyardın hər il 2 milyardı maaşlara, təqaüdlərə, müavinətlərə ayrılsaydı, ölkədə kasıblıq bu həddə çatmazdı. Orta səviyyəli bir məmurun sərvəti milyardlarla ölçüldüyü halda müəllimin, həkimin maaşı 200-300 manatdır, bu maaşla bir ay heç iti də saxlamaq olmaz. Ümumiyyətlə, ölkədə sosial-iqtisadi siyasət düzgün aparılmır. Büdcəni vergilər və Gömrük Komitəsinin hesabına doldurmağa çalışırlar. Tez-tez gömrük və vergi orqanlarının rəhbərləri hesabat verirlər ki, büdcəyə bu qədər pul veriblər. Araşdırsalar məlum olar ki, bu pulların müqabilində nə qədər iş yeri bağlanıb, nə qədər adam işsiz qalıb.
Azərbaycan Avrasiya İttifaqına girmədiyi üçün iki milyondan artıq azərbaycanlı mühacirə Rusiyada böyük təzyiqlər edilir, kənd əhalimiz məhsulunu şimal qonşumuzun böyük bazarına çıxara bilmir. Ermənilər isə Avrasiya İttifaqına girdikləri üçün onlara Rusiyada xeyli güzəştlər edilir, dövlət səviyyəsində imkanlar yaradılır.
Kəndlinin böyük problemini göstərmək üçün sadə bir fakt yazım. Şamaxıda çoxlu sayda kəndli bankdan kredit götürdü, kiloqramı 4 manatdan sarımsaq alıb əkdi. Gömrükdən Rusiyaya keçirmək mümkün olmadığı üçün 2017-ci ildə kiloqramı 12 manata olan sarımsağın qiyməti ötən il 50 qəpiyə düşdü. Kəndlilər hazırda üzləşdikləri maddi problemlə baş-başa qalıblar. Belə problemlər çoxdur. Bunların köklü həlli lazımdır. Hakimiyyət isə bu vəziyyəti özü yaratdığından onu həll etməyə qadir deyil. Ən azından ona görə ki, Fikrət Məmmədovun ədliyyə naziri olması korrupsiyalaşmış güc strukturlarına nəzarəti zəiflədir. Fikrət Məmmədovun adı tənqid olunanların sırasında da çəkilmir, sanki ölkədə belə bir məmur yoxdur, halbuki o, ölkənin ən vacib strukturlarına rəhbərlik edir.
1955-ci ildə anadan olan Fikrət Məmmədov Kommunist Partiyasının Mərkəzi Komitəsində, prokurorluq orqanlarında çalışıb. 2000-ci ilin aprel ayından ədliyyə naziridir. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədri, həmin ildən Dövlət Qulluğu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Prezident yanında Təhsil üzrə Komissiyanın üzvüdür. Məhkəmələri, həbsxanaları, vəkillik institutunu, nigah orqanlarını, notariat kontorlarını, bələdiyyələri idarə edən bu məmurun fəaliyyəti sayəsində ölkənin bir hissəsi sanki iflic olub. İddia olunur ki, yalnız həbsxanalarda ayda milyonlarla manat büdcə vəsaiti oğurlanır, rüşvət yığılır.
Hər məhbusun ailəsi ayda məhbusa 400 manatadək pul xərcləyir. Ayda bir dəfə məhbusla görüşmək üçün 40 manat rüşvət vermək lazımdır. Ailəsi məhbusa yemək və sair aparmasa, o, acından və xəstəlikdən ölməyə məhkumdur. Hazırda ölkəmizdə 20 min nəfərdən artıq məhbus var.
Görəsən, Fikrət Məmmədovun rəhbərlik etdiyi sahələrdən yığılan qeyri-qanuni milyonlar hara gedir, onun harada mülkləri, hansı ölkədə biznesi var? İlham Əliyevi tənqid edən jurnalistlər hansısa səbəbdən Fikrət Məmmədovun adını çəkmək istəmirlər.
Bir nəfər jurnalist danışdı ki, həbsxanalarla bağlı yazı hazırlayıbmış, az qalıb ki onu həbs etsinlər, qorxusundan yazını ləğv edib.
Ölkəmizdə vəkillik institutu bəzi hakimlərlə vəkillərin rüşvət sövdələşməsi həddinə çatıb, eyni zamanda müstəqil hüquq firmalarının yaranmasına da artıq imkan verilmir. Ədalətsiz məhkəmə hökmləri nə qədər vətəndaşın ürəyini partladıb. Amma jurnalistlər də, vəkillər də, məhbuslar da, hakimlər də ədliyyə nazirini tənqid eləməkdən çəkinirlər.
Reyting.az saytında Akif Cabbarlının “Qəbirstanlıqdan birbaşa...saunaya” adlı yazısını oxumaq kifayətdir ki, hazırda necə adamların vəzifə başında olmasını görəsən. Əxlaqlı adamların harada olmasını bilmək istəsəniz YOUTUBE-da Aşıq Əhlimanın ifasında “Bir gəlin özünü qayadan atdı” mahnısına qulaq asın. Mahnı Laçın işğal olunan zaman düşmənə əsir düşməmək üçün körpəsi qucağında özünü qayadan atan dağlar gözəlinə həsr olunub. Belə mahnıları televiziya ekranlarına buraxmırlar. Bu faciə Xocalı və 20 Yanvar faciəsindən heç də əhəmiyyətsiz deyil.
Hər bir vətəndaş düşdüyü ağır vəziyyətdən çıxmaq üçün təklikdə çarpışır. Hesab edirəm ki, dövlətin dəstəyi olmadan vətəndaşlar yaşadıqları ağır problemlərin həllinə nail olmayacaqlar. Yenə də çox sevdiyim Lev Tolstoydan misal çəkmək istəyirəm. Tolstoy vətənpərvər bir ziyalı kimi kəndliləri savadlandırmaq üçün öz hesabına məktəb açırdı, aclara yardım üçün xeyriyyə cəmiyyəti yaradırdı, amma heç nəyə nail ola bilmirdi, rus xalqının vəziyyəti ildən-ilə ağırlaşırdı. İnqilabdan sonra savadsızlıq da, aclıq da dövlət siyasəti nəticəsində köklü şəkildə öz həllini tapdı.
Türkiyədə yaşayan bir tanışımla söhbət etdim. O dedi ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləridir. Türklər ümid edirlər ki, seçkidən sonra vəziyyət yaxşı olacaq. Bizim isə bu ilin dekabrında keçiriləçək bələdiyyə seçkilərindən sonra vəziyyətin dəyişəcəyinə ümidimiz də yoxdur, çünki seçkilərimiz formal xarakter daşıyır.
88 yaşlı rus qonşumla hazırki vəziyyət barədə söhbətləşdim. Kiçik məbləğli təqaüdlə yoxsulluq içərisində yaşayan bu tənha qarı eşidəndə ki, keçmiş cəbhəçilər yenidən hakimiyyətə gəlməyə can atırlar, üzünü dərin kədər bürüdü. Millətçilərin hakimiyyətə gəlməsi çoxmillətli Azərbaycana yaxşı heç nə vəd etmir. Mən ümumiyyətlə, dünyada ən böyük millətçi olan, dünyanı qana çalxayan, alman xalqını dünyada xəcalətli edən Hitler başda olmaqla bütün millətçilərə Allahsız kimi baxıram. Ədalətli insan üçün bir Allah var, bir də onun yaratdığı insan. Qanun qarşısında hər bir insan millətindən, dinindən asılı olmayaraq bərabərdir. Bizim millətçilər Hitleri və onunla müttəfiq olan Rəsulzadəni özlərinə örnək seçiblər. Onlar haqlı olduqlarını sübut edə bilmədikləri üçün millətçiliyi qəbul etməyənləri təhqir edirlər. Belə adamların hakimiyyətə gəlməsi həqiqətən fəlakətdir. Millətçilərin hakimiyyətə gəlməsi İlham Əliyevin komandası üçün daha böyük faciə ola bilər. Təəssüf ki, hakimiyyətə iddia edən üçüncü qüvvə hələlik yoxdur. Müstəqil olduğumuz 25 il ərzində demokratik siyasi mübarizə getsəydi, siyasi xadimlər yetişərdi, xalqın seçim imkanı olardı. Təəssüf ki, planlı şəkildə demokratik qüvvələrin təşkilatlanmasına imkan verilmədi, vicdanlı, savadlı insanların əl-qolunu bağladılar.
Yeni sima adıyla Əli İnsanov siyasət meydanına atılmaq istəyir. İlk çıxışları göstərdi ki, Əli İnsanov siyasətçi deyil. Onun ən böyük səhvi tayfa marağından çıxış etməsidir. Qərbi Azərbaycandan olan tayfaya arxalanmaqla o, Azərbaycan xalqını özünə qarşı qoyur.
Əli Kərimli də tayfaya arxalanaraq siyasi meydana atılıb. Amma o, hiyləgər olduğu üçün xalqın adından danışır. Əli Kərimli hesab edir ki, Azərbaycanın sərvətləri hesabına hakimiyyəti əbədi saxlaya bilərlər. Bu səbəbdən də ölkədə üçüncü qüvvə formalaşa bilməyib, digər regionlardan olan ağıllı, bacarıqlı insanlara pul qazanmaq, siyasi fəaliyyət imkanı verilməyib. Amma məsəl var: “Sən saydığını say, gör fələk nə sayır”. Qüdrətli Səfəvilər, Abbasilər, Qacarlar sülaləsi əbədi hakimiyyətdə qala bilməyibsə, Əli İnsanovun və Əli Kərimlinin arxalandığı, 1969-cu ildən bəri Azərbaycanda kök atan sülalə də hakimiyyətdə əbədi qala bilməz.
Ölkədə demokratik seçim imkanı yaradılmalı, 5 ildən bir haklimiyyət dəyişməlidir. Başqa cür yaşamaq mümkün deyil. Biz 21-ci əsrin vətəndaşıyıq, bizi 16-cı əsrə qaytarmaq mümkünsüzdür.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər