00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

Ümid qaloşa qalıb
Tarix: 06-01-2018 15:44 | Bölmə: Mətanət ƏLİYEVA

Rayondan qayıdandan sonra ayaqqabılarımın, paltomun palçığını təmizləməyə xeyli vaxt itirirəm. Rayona nimdaş paltarda gedirəm, təzə paltar bir dəfə palçığa batmaqla köhnəlir.
Payız, qış, yaz fəsillərində rayon adamları palçıqdan çox əziyyət çəkirlər. Ayaqqabıya pul çatdırmaq olmur, 100 ailədən birində bir köhnə “Jiquli” var, onu da palçıq çürüdüb pis günə qoyur.
Yaxın gələcəkdə rayon və kəndlərin daxili yollarının təmir olunacağı ilə bağlı xəbər yoxdur. Ona görə də ümid qaloşa qalıb. Heç qaloş alımağa da pul yoxdur. Əhalinin yaşayış səviyyəsi gündən-günə çətinləşir. Cavanlar işsizdir. Təsərrüfatla, sahibkarlıqla məşğul olmaq haqqında fikirləşən yoxdur. Bu sahələrdən gəlir götürmək mümkün deyil, çünki məmurlar bu sahəyə ayrılan büdcə pullarını yalnız öz bizneslərinə yönəldirlər, bütün vətəndaşlara bərabər şərait yaradılmır. Sadə vətəndaş inhisarçı məmur-sahibkarla rəqabətə girib pul qazana bilməz. Uzaqbaşı müflis olub borcun içərisində batacaq.

Rayonda kimi dindirirsən oğlunu hərbiyə işə qoymaq fikri ilə yaşayır. Bir ara polisə, Fövqəladə Hallar Nazirliyinə, mühafizə xidmətinə işə düzəlmək dəbdə idi. Çoxunun verdiyi rüşvət batdı, cavanlar işsiz qaldı. O pulları toplamaq üçün valideynlər mal-qaralarını satmışdılar, sələmlə borc götürmüşdülər. İndi yalnız hərbiyə işə düzəlmək mümkündür. Amma rayonda şaiyələr gəzir ki, 2-3 min manatın olmasa hərbiyə də işə düzəlmək çətindir.
Müxtəlif dövrlərdə ən böyük sərkərdələrə qalib gəlmiş rus ordusunda tarixən zabitlər zadəganlardan, qraflardan, knyazlardan ibarət olub. Bu gün də rus əsgəri hərbi formanı fəxrlə daşıyır, rus əsgərinin yerişindən, duruşundan əzəmət yağır. Suriyadan qələbə ilə çıxan rus əsgərləri Rusiyanın qüdrətini dünyaya nümayiş etdirdilər. Amma bizim əsgərlərin sifətindən yazıqlıq yağır.
Bizim varlı məmurların övladları Müdafiə Nazirliyində heç vaxt işləməzlər. Onlar gömrükdə, DİN-də, prokurorluqda özlərini daha yaxşı hiss edirlər.
Əsgərlərimizin sifətindən yazıqlıq yağsa da, bizim varlı təbəqənin sifətindən harınlıq yağır. Varlılar kasıbların keçdiyi yoldan keçməyi də özlərinə təhqir sayırlar. Günlərin birində onlar da Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev kimi 300 nəfərlik barak yoldaşı ilə tualet növbəsinə durmalı olacaqlar. Bu, həyatın qanunudur – israfçılığın sonu müflislik, harınlığın sonu miskinlikdir.
Cahangir Hacıyevin cəza çəkdiyi 13 saylı kolonda ən kasıb məhbuslar cəza çəkirlər. Onların əksəriyyətinin arxasınca ərzaq gətirən də yoxdur.
Bir nəfər vaxtilə mənə danışmışdı ki, 13-cü kolonda məhbuslar ərazini öz aralarında bölüblər. Hərə öz ərazisinə atılan siqaret kötüyünü götürməlidir. Məhbuslar taxta parçasının ucuna mismar vurub, siqaret kötüyü yerə düşən kimi mismarı ona batırıb qaldırırlar.
İnsanın həyatda ağır günü də, firavan günü də olar. Xoşbəxt o insandır ki, çətin anında ailəsi onun yanında olur, heç olmasa vaxtlı-vaxtında həbsxanaya yemək aparır, ona mənəvi dayaq olur. Cahangir Hacıyev haqqında bunu demək çətindir. Onun həyat yoldaşı Zamirə Hacıyeva Fransada zəngin həyat sürür. Zamirə xanım ərinə sədaqətli qadın olsaydı, oğurladıqları pulu dövlətə qaytarıb ərinin cəzasını yüngülləşdirərdi, Bakıda oturub ərinə dayaq olardı. Mən deyərdim ki, Allah qarşısında günahlarını azaltmaq üçün Zamirə xanım əri ilə bərabər, digər məhbuslar üçün də ərzaq aparsaydı insanlıq nümayiş etdirərdi. Çünki digər məhbusların günahı Cahangir Hacıyevlə müqayisədə bəlkə də cüzidir. 5-3 min manat oğurladığı üçün həbsxanalarda illərlə cəza çəkənlər var.
Yenə də tanınmış bir məhbusdan eşitdiyim əhvalatı yazmaq istəyirəm. Bu məhbus danışdı ki, onunla keçmiş icra başçısı bir kamerada qalırmış. Bir gün görüb ki, bu sabiq icra başçısı höhkür-hönkür ağlayır. Səbəbini soruşduqda deyib ki: “Mən arvadım üçün milyonlarla pul qoyub gəlmişəm. Mənim üçün gətirdiyi yeməyə bax. Elə bil it qabağına yal atır.”
Məşhur adam danışdı ki, keçmiş başçının arvadı təsadüfi hallarda ərinə yemək gətirirdi. Onda da göyərtini bazardan alıb dəstə halında qoyurdu, daha onu başqa məhbusların həyat yoldaşı kimi təmizləyib, yuyub, dəsmala bükmürdü.
Mətbuatdan oxuduqlarımıza inansaq son 25 ildə məmurlar 100 milyard manata yaxın pul oğurlayıb. Onun 10 milyard manatı Cahangir Hacıyevin prezidenti olduğu Beynəlxalq Bankdan oğurlanıb. Həmin pullara rayon və kəndlərin yollarını tam təmir etdirmək olardı.
Oğru məmurları tutub yığdıqlarını alırlar. Amma nə olsun, bundan kasıb xalqa heç nə çatmır. Eldar Mahmudovun işi ilə əlaqədar məmurlardan alınan pullar hara getdi? Bu işdə şəffaflıq oldumu? Bu haqda məlumatlar mətbuatda dərc olunmalı idi. Şəxsən mən heç bir məlumata rast gəlmədim.
Neçə illər əvvəl Qusara getmişdim. Hacı Məmmədovun tikdirdiyi “Qarabulaq” İstirahət Mərkəzinə baxdım. Son dərəcə gözəl olan bu məkan Hacı Məmmədovdan sonra yiyəsiz qalıb dağılırdı. Halbuki qanunla Mərkəz hərraca çıxarılıb satılmalı, pulu dövlət büdcəsinə keçməli idi. Görünür, hansısa məmur “Qarabulaq”ı öz adına keçirib, yüzlərlə belə mülkü olduğundan onu da istifadəsiz qoyub, çünki oradan pul qazanmağa ehtiyacı yoxdur, sadəcə, belə mülkləri nəvə-nəticəsi üçün saxlayır. Görünür, digər vəzifədən çıxarılan məmurların da var-dövləti eyni aqibətlə üzləşəcək.
Ölkənin ümumi vəziyyətini hər bir vətəndaşın fərdi xüsusiyyəti müəyyən edir. Mənim nəzərimdə üç cür insan var. Bir qism insan yalnız özü üçün yaşayır, onun ətrafa nə yaxşılığı, nə pisliyi dəyir.
İkinci qism insan dünyaya yalnız pis əməllər törətmək üçün gəlib, o, hamıdan istifadə edir, gözləri doymur, hər kəlməsinin arxasında şəxsi maraq dayanır, bütün əməlləri saxtakarlıq üzərində qurulub, insana təmənnasız salam da verməz.
Bu iki tip insan mənim nəzərimdə həşarat kimidir, daha doğrusu, onlara nifrətim var.
Üçüncü qism insanların mayası xeyirxahlıqdan yoğrulub. Mən xeyirxah insanların vurğunuyam. İnsanın qəlbində xeyirxahlıq varsa, o, daim böyük işlər görəcək, qurub yaradacaq, xeyirxahlıq hissi ona təkan, ilham verəcək.
Xeyirxah insanlar hər sahədə lider olurlar, həqiqi sevgi də onlara məxsusdur. Xeyirxah insanları mən hər gün televiziya ekranlarında görmək istərdim. Belələrini mən ARB kanalının “Səhər-səhər” verilişində görə bilirəm. Verilişin aparıcıları Əli Mirəliyev də, Elgiz də əsasən xeyirxah təbiətli sənətkarları verilişə dəvət edirlər, çünki özləri belə insanlardır.
Bilmirəm onlar mənim yazılarımı oxuyur, ya oxumur, amma mən onların verilişinə hər gün baxıram.
İnstagram və Facebook-dan başım çıxmadığı üçün veriliş haqqında fikrimi qəzet və saytda yazıram. Yeganə bu veriliş mənə mənəvi qida verir.
İnsan mənəvi qida almayanda onda ruh düşkünlüyü yaranır, çünki insanın ruhu mənəvi dəyərlərdən – xeyirxah insanların yaratdığı gözəl musiqidən, bədii əsərdən, insanların nümayiş etdirdiyi yüksək əxlaqdan qidalanır. Təəssüf ki, telekanallarda digər sahələrlə bağlı belə verilişlər yoxdur. Halbuki bizim cəmiyyətdə digər sahələrdə çalışan nümunəvi, insanlığa xidmət edənlər çoxdur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər