21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Allahşükür Paşazadə və Skarlet Oxara
Tarix: 10-05-2018 10:37 | Bölmə: Mətanət ƏLİYEVA

Bəzi tanınmış adamlar haqqında fikirləşəndə “Küləklə sovrulanlar” filminin qəhrəmanı Skarlet Oxara yadıma düşür. Bu, ən uğurlu filmlərdən biridir. Filmdə güclü obrazlar yaradılıb, dərin mənalı fikirlər qabardılıb.
Filmin qəhrəmanı Skarlet vətəndaş müharibəsindən sonra yoxsullaşan, aclıq çəkən gənc qadındır. Skarlet and içib deyir ki, bütün vasitələrdən istifadə edəcək, amma bir daha aclıq çəkməyəcək.
Skarlet varlanmaq üçün adam öldürür (onun öldürdüyü quldur müharibədə qalib gəlmiş tərəfin əsgəri idi), bacısının nişanlısını hiylə ilə onun əlindən alır və s.
Skarlet əldə etdiyi pullardan ailəsinə, dostlarına yardım edir, müharibədən məğlub qayıdan ac əsgərləri yedirdir.
Qafqazın şeyxi Allahşükür Paşazadəni və haqsızlığa etiraz edə biləcəyi halda susub mafiyadan cüzi pay alan, bu paydan ətrafındakılara əl tutan tanınmış adamları da bəzi xüsusiyyətlərinə görə Skarletə bənzətmək olar.
Yeri gəlmişkən qeyd edim ki, indi dünyada “Küləklə sovrulanlar” kimi səviyyəli filmlər çəkilmir. Çəkilən filmlərin heç bir mənası olmur, dərinliyə gedəndə isə həmin filmlərin gizli mənası insanların insanlığını əlindən almağa xidmət edir. Əslində əsil sənət əsəri insanların kamilləşməsinə, mənən zənginləşməsinə, xeyirxah, humanist olmasına xidmət etməlidir.
Son illər Əsgər Fərhadi adlı İran pejissoru dalbadal Oskar mükafatı alır. Onun Oskar almış “Ellinin əhvalatı” filminə baxanda hər şey mənə aydın oldu.
Elli adlı müəllimənin sinfində bir qız oxuyur. Qızın anasının Almaniyada yaşayan bir dostu İrana qonaq gəlir. Bu şəxs İranda evlənmək istəyir. Qızın anası Elli müəllimənin subay olduğunu bilir və dəniz sahilində dincəlməyə gedən vaxt Almaniyadan gələn dostunu və Elli müəlliməni də birgə istirahət etməyə dəvət edir ki, onları tanış etsin. İstirahət vaxtı qadınlar uşaqları Elliyə tapşırıb mağazaya gedirlər, diqqətsizlik üzündən uşaqlardan biri suda boğulur, uşağı xilas edirlər, uşaq sağ qalır, lakin həyəcanlanan Elli özünü öldürür.
Adi bir hadisədir. Lakin buradan belə bir nəticə çıxarmaq olar ki, xeyirxahlıq etmək təhlükəlidir. Əslində isə təmiz ürəklə edilmiş xeyirxahlıq insana xoşbəxtlik gətirir.
Filmdə aktyor oyunu da, operator işi də bərbad gündədir. Filmin Oskar almasının səbəbi isə mənim fikrimcə, son vaxtlar bütün beynəlxalq mükafatların insanlığın ziddinə işləyənlərə verilməsi ilə bağlıdır. Böyük pullar əsasən şeytan xislətli bir qrup adamın əlində cəmləşib, onlar da dünyada əxlaqsızlığı, zorakılığı, şəhvəti təbliğ edirlər.
Şeyx din adamı kimi haqqın yanında olmalı, haqsızlığa etiraz etməlidir. Yəqin bilir ki, bunu deməklə heç nə dəyişməyəcək. Çünki yuxarıdakılar qarşılarına bütün vasitələrdən istifadə etməklə sərvət toplamağı məqsəd qoyublar.
Allahşükür Paşazadə qanmayan adamlara desəydi ki, qəbir yerini pulla satmaq olmaz, mərmərdən qəbir daşı düzəltdirmək günahdır, dinə ziddir, yetimxana uşaqlarının, məhbusların, şikəstlərin haqqını yeməyin, balalarınızın qabağından çıxar və s. sözlər oğru məmurların xoşuna gəlməyəcəkdi. Şeyx susur və əldə etdiyi gəlirlərdən Skarlet sayağı yan-yörəsindəki minlərlə adama yardım edir. Yeri gələndə, onun yardımından istifadə edən adamlar Şeyxi susduğu üçün qınayırlar, amma Şeyxin susmaq əvəzinə əldə etdiyi pullardan pay almaqdan imtina etməyi ağıllarına gətirmirlər.
Şeyx nə qədər sussa da, tamahkarlar onun gəlirlərinə laqeyd qala bilmədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yavaş-yavaş pul gələn sahələri Şeyxin əlindən alır. Prezident Mənəvi Dəyərlərin Qorunması Fonduna 6 milyon manat pul ayırdı. Həmin pullardan məscidlərin mollalarına maaş kəsiləcək və bu yolla din xadimləri də susdurulacaq.
Ölkədəki dəhşətli vəziyyəti təsvir etmək üçün nümunə kimi Hacıqabul rayonunu göstərmək kifayətdir. Bütün ölkədə vəziyyət eynidir. Hacıqabul rayonunda gənclərin bir qismi ailə-uşağını ataraq Rusiyaya gedib. Gənclərin bir qismi 2-3 min manat rüşvət verərək hərbiyə işə düzəlir. Ailəsini qoyub cəbhə bölgəsinə gedən bu gənclərə mənzil verib ailə-uşağı ilə bir yerdə yaşamasını təmin etmək əvəzinə onlardan rüşvət alırlar. Gənc ailələrin başsız qalması ailələrin dağılmasına, kriminal hadisələrə səbəb olur.
Rayon gəncləri arasında narkomanlar, oğurlar da çoxdur. Təəssüf ki, polis bəzən oğurluq mal alanları tutmur və indiyə qədər bir nəfər sakinin oğurlanmış malı qaytarılmayıb.
Rayonda bəzi azyaşlı qızlar polislərlə əlbir olaraq gənc oğlanları şərləyir və polis bu yolla gəlir əldə edir. Deyilənə görə, hətta bəzi polislər narkotik alverçilərindən, falçılardan da “haqq” alır. Əhali isə yoxsullaşmaqda və kriminala meyl etməkdədir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər