Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Akademikin armudu stəkanındakı limon
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
Ayı ata və oğula hücum edib
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
Pakistanın qara səhifəsi - Fotolar
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Tarix: 19-02-2017 14:20 | Bölmə: Mətanət ƏLİYEVA

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 98 faiz səs yığmaqla 3-cü dəfə ölkə prezidenti seçilib.
98 faiz istənilən halda gülünc görünür. Amma Qurbanqulu niyə də seçilməsin? Türkmənistan heç bir itki vermədən müstəqil oldu, əhalisi də neftin, qazın hesabına firavan dolanır. Çörək qazanmaq üçün ölkəsini tərk edən türkmənlərin sayı isə bizimkilərdən dəfələrlə azdır.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də eyni yolu tutdu, Rusiya ilə dost münasibətdə qaldı, qazını su qiymətinə Avropaya satıb Rusiya ilə düşmən olmadı, nə torpaq itirdi, nə də bu gün çörək qazanmaq üçün ölkəsindən didərgin düşən bir qazaxa rast gəlməzsən.
Bizim neftimiz, qazımız olduğu halda vətəndaşlarımız ailələrini başsız qoyub keçmiş SSRİ ərazisinə səpələniblər. Öz torpaqlarımız boş qaldığı halda Rusiyada, Belorusda torpaq götürüb təsərrüfatla məşğul olan azərbaycanlılar var. Azərbaycanlılar bu gün nefti, qazı olmayan özbəklər və taciklər kimi yoxsul yaşayırlar.
Türkmənistan, Qazaxıstan da qazını Avropaya sata bilər, amma satmır.
Azərbaycan TANAP layihəsi vasitəsilə qazını Gürcüstan və Türkiyədən keçirməklə Avropaya satmağa hazırlaşır. Türkmənistana və Qazaxıstana da təklif edirlər ki, onlar da qazlarını bu kəmər vasitəsilə Avropaya satsınlar, amma bu dövlətlərin başçıları buna razılıq vermirlər.
Maraqlıdır ki, bu dövlətlərin qazı bizimkindən dəfələrlə çox olduğu halda nə üçün onlar TANAP-a qoşulmaq istəmirlər?
Mən özlüyümdə bu sualın cavabını tapmışam, amma nə dərəcədə haqlı olduğumu bilmirəm. Mənə elə gəlir ki, Qurbanqulu və Nazarbayev Rusiyanın qəzəbindən qorxur. Hər iki prezident müstəqil siyasət yürütmək adı ilə qazını Avropa bazarına çıxara bilər. Amma bu müstəqil siyasət onlara Azərbaycan, Gürcüstan, Ukrayna kimi torpaq itkisi, vətəndaş müharibəsi bahasına başa gələr.
İndi mən deyə bilmərəm hansı dövlət baçşısı daha müdrik siyasət aparır, Qərblə əməkdaşlıq edənlər, yoxsa Rusiya ilə müttəfiq olanlar. Daha doğrusu, mən Rusiya ilə müttəfiqliyi daha müdrik siyasət hesab edirəm.
Mətbuat daha çox Cəbrayılın Cocuq Mərcanlı kəndindən yazır. Kiçik bir kəndi bərpa etmək üçün milyonlarla manat pul lazımdır. Bu qayda ilə hesabladıqda rayonlarımız işğaldan azad olunandan sonra neftdən və qazdan qazandığımız milyardlar rayonların bərpasına bəs etməyəcək.
Pulu bir kənara qoyaq. Bəs bu müharibədə həyatını itirən, şikəst olan cavanların itkisini nəyin hesabına bərpa edəcəyik?
Telekanallarımızda politoloq adı ilə siyasi hadisələrə şərh verənləri görəndə adam dəhşətə gəlir. Öz fikri olmayan bu adamlar hökumətin yanlış siyasətini tərifləməklə həqiqəti əhalidən gizlətməyə çalışırlar. Nəyə görə televiziyalarımızda alternativ fikrə yer yoxdur? Əgər hökumət apardığı siyasətin düzgünlüyünə bu qədər arxayındırsa, qoy, telekanallarda əks fikirlər dəsəsləndirilsin və hökumət nümayəndələri sübut etsinlər ki, məsələn, TANAP layihəsi xalqın xeyrinədir.
İtirdiyimiz sərvətlərə, itirdiyimiz insanlığa heyfim gəlir. Ümid edək ki, insanlığımızı bərpa edəcəyik.
Bu yerdə yenə də çox sevdiyim yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü” əsərinə istinad etmək istəyirəm. Əsərdə göstərilir ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin vəfatından sonra onun oğlanları və nəvələri hakimiyyət üstündə bir-birini öldürür, dövlət dağılır, yoxsulluq içərisində yaşayan insanların əxlaqı pozulmaqda davam edir. Uzun Həsənin ən ağıllı və ən sədaqətli vəziri olmuş Zəkəriyyə Keçəçi görür ki, sarayda ağıllı məsləhətə ehtiyac yoxdur, doğulduğu Kür qırağındakı kəndinə qayıdır və kədərlə hadisələrin gedişini izləyir. İllər keçir, dövran dəyişir. Uzun Həsənin ağılsız qohumları bir-birini qırıb qurtardıqdan sonra yenidən ağıllı adamlar hakimiyyətə gəlirlər. Zəkəriyyə Keçəçi yenidən saraya qayıdır.
Ağıllı adamlara dövlətin və xalqın həmişə ehtiyacı olub. 15-cı əsrdə ölkəmizdə ağıllı adamlar olduğu kimi, indi də var. Ümid edək ki, nə vaxtsa onlar xalqı ağ günə çıxarar.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki