15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Səlim müəllimin traktorçuları
Tarix: 25-06-2016 08:00 | Bölmə: Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
Tarix: 25-06-2016 08:00 | Bölmə: Zaur ƏHMƏD

Qulaq hər gün bir söz eşitməsə, kar olar. Bu atalar məsəlinin əsrləri ötüb bu günə qədər gəlməsinin arxasında böyük hikmət var. Hər gün eşitdiklərimiz isə qulaqlarımızın sağlam qalmasına əsas verir.
Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun jurnalistlərə verdiyi açıqlama diqqətimi çəkdi. Səlim müəllim deyir ki, bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur. Buna səbəb isə SSRİ-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrdə peşə təhsili sisteminin dağılmasıdır: "Yəni, o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi.
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. İş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik. Düzdür, kənd təsərrüfatı sahəsi mövsümidir, lakin tütünçülük, pambıqçılıq kimi sahələr var ki, orada az qala, ilboyu işlər həyata keçirilir və ixtisaslı kadrlara tələbat var".
Nazirin bu açıqlamasını bir neçə istiqamətdə çək-çevir eləmək olar.
Birincisi, niyə bizdə heç kim fəhlə olmaq istəmir? Belə çıxır ki, Azərbaycanda hamı "Ağa Nəzərəm, belə gəzərəm",- deyib əmr vermək istəyir.
Bəlkə də hörmətli Səlim müəlim haqlıdır. Axı niyə əli belində göstəriş vermək dura-dura adam fəhləlik eləməyi seçməlidir? Məncə, burda bizim camaatın günahı yoxdur. O boyda Mirzə Ələkbər Sabir "Fəhlə, sən də özünü insanmı sanırsan?"- deyəndən bəri heç kim fəhlə olmaq istəmir. 70 il sovet imperiyası gecə-gündüz müsbət fəhlə obrazı yaratsa da, bizimkilərin beyninə girmədi. Rəhmətlik Sabir nətəhər "peçat" vurdusa, o gündən bəri kimsə fəhlə olmaq istəmir.
S.Müslümovun açıqlamasının ikinci dəyərləndirməsi də var. Cənab nazir çox doğru buyurur ki, artıq fəhlə, traktorçu, kombaynçı kimi peşələrə sahib olmaq istəyən yoxdur. Görün, iş nə yerdədir ki, o boyda nazirlik traktorçu axtara-axtara birtəhər olub. Amma bunun da günahı bizim qara camaatda deyil. Sovet imperiyası təzə-təzə camaatımıza kombaynçı, traktorçu, pambıqçı olmağı öyrədirdi, lakin ona da imkan vermədilər. SSRİ dağıldı. Traktorçu, kombanyçı, fəhlə kimi formalaşmağımız yarımçıq qaldı. Elə buna görə də indi ölkədə fəhlə qıtlığı yaşanır.
Amma canab nazirin açıqlamasını soyuqqanlı analiz edəndə maraqlı məqamlar ortaya çıxır. Necə olur ki, Azərbaycanda traktorçu, hətta fəhlə tapılmır, amma 1 milyon əhalimiz Rusiyaya iş dalınca gedir? Özü də həmin insanların böyük əksəriyyəti nazirliyin traktorçu, pambıqçı, fəhlə axratdığı regionlardan gediblər. Görəsən, bu camaat niyə öz yurdunda-yuvasında oturub fəhləliyini eləmir? Məgər Rusiyanın bazarlarında itin zülmünü çəkmək dahamı asandır? Təbii ki, yox. İş dalınca Rusiyaya pənah aparanların hansını danışdırsan, dəsmal götürüb ağlayar. O zaman Səlim müəllim hansı kənddə fəhlə axtarışına çıxıb? Çətin sualdı...
Cənab nazir, traktorçu, kombaynçı, hətta fəhlə axtarmaq istəyirsinizsə, əvvəlcə iş yeri yaradın, o zaman iş yerlərinin sahibləri özləri gələcəklər. Jurnalistlər qarşısında gəlişigözəl çıxışlar etməklə işsizliyi aradan qaldıra bilməzsiniz. 1 milyondan çox vətəndaşı iş dalınca Rusiyaya köç edən bir ölkədə fəhlə tapmamağı dilə gətirmək isə gülməlidir.
Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər