21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Ordu, yoxsa qələm?
Tarix: 16-12-2017 10:25 | Bölmə: Zaur ƏHMƏD

Milli Məclisin son iclasında yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı və qəbul olundu.
Ordu məsələsində həssas olduğumu ətrafımdakılar bilir. Belə görürəm ki, hamı həssasdır. Lakin hərənin özünəməxsus həssas yanaşması var. Bu müxtəlifliyi Milli Məclisdəki müzakirələrdən də gördük.
Ancaq mən bir məsələni - bəzi millət vəkillərinin az qala, ordudan yazmağı qadağan etmələri ilə bağlı mövqeyini anlamadım.
Gəlin, sitatlarla danışaq.
Birinci vitse-spiker Ziyafət Əsgərovdan başlayaq. Mətbuatın ordudan yazmasına deyir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımi şərait yaradılır və bundan artığını etmək düzgün deyil.
Onun ardınca deputat Siyavuş Novruzov bildirir ki, ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığından kənar məlumatlar yaymamalıdır.
Siyavuş müəllim haqlı saymıram. Bu, artıq senzura kimi bir şeydir.
Doğrudur, dövlət və hərbi sirri yaymaq olmaz. Bu, hamı üçün ali qanundur. Amma oturub Müdafiə Nazirliyinin mətbuat xidmətini gözləmək nə deməkdir?
Hamı bilir ki, bu nazirliyin mətbuat xidməti ən ləng işləyən qurumdur. Mediaya qadağalar qoymaq əvəzinə, bu nazirliyin mətbuat xidmətinin fəaliyyətini gücləndirməyi tələb etmək daha doğru olmazmı, hörmətli deputat?
Bu müzakirələrdə ən düzgün mövqeyi hörmət etdiyim deputat Qüdrət Həsənquliyev ifadə elədi. O, haqlı olaraq peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etirazını bildirdi.
Q. Həsənquliyevin fikrincə, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq:
“Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.
Əslində, Qüdrət bəy lazım olanı deyib. Peşəkar media nümayəndələri ordu barəsində nə yazmağı yaxşı bilirlər.
İllərlə ordudakı neqativ hallardan ən çox yazanlar sırasında olmuşam. Amma hər zaman ordumuzun maraqlarını öndə tutmuşam. Nə yazıq ki, bu ölkədə məsələnin həlli üçün başqa yol qoymayıblar. Şikayət edirsən, baxan yoxdur. Özbaşınalıq, rüşvətxorluq olur, dinən yox. Nəhayət, məsələ ictimailəşir, o zaman hərəkətə keçirlər. Yəni, bizdə media bir növ yardımçı vasitədir. Problemlərin həllinə start vermək üçün bir araçdır. İndi isə deyirlər ki, sən get, sakit otur yerində, özümüz bilərik.
Mediaya “Sus!” deyən cənablar! Orduya qiymət vermək onun nöqsanlarını gizlətməklə olmur. Şəhidə, Qaziyə, Əsgərə münasibət Orduya qiymətin göstəricisidir. Hökumətdəkiləri deyə bilmərəm, bu xalq zatən Şəhidini, Qazisini, Əsgərini, Ordusunu başının tacı edib. Kimsə Ordusuna xələl gəlməsini istəməz! Odur ki, narahat olmayın! Biz nə yazırıqsa, sevgimizdən yazırıq.
Amma seçim olsa ki, “Ordu, yoxsa qələm?”, bir Şəhid oğlu kimi seçimim Ordudan yana olar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər