18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Ürəyinə qələm sancılanlar
Tarix: 27-01-2018 13:24 | Bölmə: Zaur ƏHMƏD

Jurnalist peşəsi dünyanın ən riskli peşələrindən biri hesab olunur. Ən riskli deyəndə, ölüm riski nəzərdə tutulur. Hər il beynəlxalq jurnalist təşkilatlarının bununla bağlı açıqladığı statistikasını oxuyanda ürpənirəm…
2016-cı ilə qədər olan statistikaya əsasən, son 25 ildə dünyada 2297 jurnalist qətlə yetirilib. Bunlar arasında müharibələri, inqilabları, qətl və korrupsiya hallarını işıqlandıran həmkarlarımız olub.
Beynəlxalq Jurnalistika Federasiyasının hesabatına əsasən, jurnalistlərlə bağlı vəziyyət ildən-ilə pisləşir. Belə ki, əgər 1990-cı ildə 40 qətl hadisəsi qeydə alınmışdısa, 2010-cu ildən etibarən bu göstərici ildə 100 nəfər rəqəmindən aşağı düşmür. Hesabatda qeyd olunur ki, 2006 - statistika baxımından ən pis il olub. Həmin il 155 jurnalist qətlə yetirilib.
Ən pisi bilirsiz nədir? Jurnalistin ölümü ilə nəticələnən 10 hadisədən biri yalnız araşdırılır, qalanı dibsiz quyu… Deyirlər ki, cinayətkarları qoruyan cəzasızlıq hallarının aradan qaldırılmaması vəziyyəti daha da kritikləşdirir. Bir çox ölkələrdə jurnalist ölümlərinin heç birinin üstü açılmır…
Sevinmək olar ki, Azərbaycanda jurnalistlərin qətlə yetirilməsi faktı elə də çox deyil. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan sonra qətl hadisəsi olmayıb. Ondan sonra idmançılar tərəfindən döyülən jurnalist Rasim Əliyev dünyasını dəyişdi. Yəni, bir neçə ildir ki, Azərbaycanda jurnalistin qətlinə rast gəlinmir. Amma təəssüf ki, ölüm jurnalist həmkarlarımızı başqa yerdə, başqa libasda haqlayır.
Jurnalist döyüş peşəsi deyil. Biz hərbiçi, polis, xüsusi xidmət orqanı əməkdaşı, nə bilim sərhədçi deyilik ki, əlimizdə silah olsun, qarşımızdakı silahlı tərəflə vuruşaq. Bu zaman ölüm riski var. Bəlkə də sadaladığım peşə sahiblərinin iş başında həlak olması normal qarşılanar. Axı, onların ən son vəzifəsi vətən, dövlət, millət, sərhəd üçün canını verməkdir.
Bəs biz? Bizim də vəzifəmiz vətən, dövlət, millət, sərhəd üçün vuruşmaqdır, amma qələmlə. Bizə qarşı silah doğrultmaq ən azından ədalətsiz savaş açmaqdır. Nə yaxşı ki, artıq qarşımıza silahlı adamlar çıxmır. Bəlkə də uzun illər sabitlik, stabillik, təhlükəsizlik dediyimiz bu nəsnə bizi o silahla üz-üzə gəlməkdən xilas edib. Lap gözəl…
Amma… Ölüm bu peşə sahiblərinin yaxasını buraxmır axı. İndi də təzə libasa girib. Qanlı, parçalanmış, yıpranmış ürək libasına. Çox uzağa getmirəm. Son ili, elə son ayları vərəqləyirəm. İki gün əvvəl ölüm qanlı, parçalanmış, yıpranmış ürək libasında jurnalist Nicat Məlikovun qarşısına çıxdı. Bir neçə cümləlik xəbər yazıldı. Qəfil ürəktutmasından yerə yıxılıb və bu dünya ilə vidalaşıb. Ondan bir-iki ay əvvəl, jurnalist dostumuz Natiq Qədimov da həmin libaslı ölümlə “üzləşdi”. Bir qədər əvvəl həmkarımız, telejurnalist İlqar Qulusoy da futbol oynadığı yerdə qəfil ürəktutması nəticəsində gözlərini əbədi yumdu. Bu sıraya başqa mərhum həmkarlarımızı da əlavə etmək olar ki, orta yaşları 40-dır. Sanki mistik bir əlaqə var, Müstəqil Azərbaycanın 40-ı çıxmamış müstəqil media nümayəndələri də 40-ı keçə bilmədilər.
Bunun çox səbəbi var. Maddi sıxıntı, düzgün qidalanmama, əsəb, stress, gərgin iş rejimi, hər gün üzləşdiyimiz haqsızlıq, basqı, təzyiq, təqib, nə bilim daha nələr… Biz təkcə özümüzün, dost-tanışımızın problemi ilə məşğul olmuruq axı. Hər günümüz problem barədə yazmaq, haqsızlıqlara şahid olmaq, dərd-sər eşitməkləkeçir. Buna nə ürək, heç daş da dözməz. Dözən dözür, dözməyən də…
Son dövrlər özüm də ürəkdən xeyli gileyliyəm. Yaman incidir məni. Xəbərdarlığını da edib. Yenə sağ olsun. Hələlik “yağmasa da, guruldayır” məsəlindəki kimi döyünür. Nə zaman dayanacağını isə ona döyüntünü verən bilər.
Xülasə… Biz jurnalistər bu ölkədə çoxlarına mayak olmuşuq, yol göstərmişik, qaranlıqlara işıq salmışıq, həyat qurtarmışıq, haqqı pozulanın haqqını vermişik, bir sözlə, qələmlə də olsa,vuruşmuşuq. Kənardan qələm yüngül görünsə də, onun ağırlığını işdən sonra da, yatanda da, duranda da, gəzəndə də çiyinlərimizdə yox, ürəyimizdə çəkmişik. Eşq mələkləri sevgi işarəsi kimi məhəbbət oxunu ürəyə sancırlar. Amma bizim ürəyimizə qələm sancılır…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər