Vəkil olmaq istəyənlər üçün test imtahanı keçirilib
Tarix: 28-01-2018 21:07 | Bölmə: Cəmiyyət / Xəbərlər
Vəkil olmaq istəyənlər üçün test imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə 90 bal olub.

Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər. Saat 14:00-dək davam edən imtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda iştirak edən ən yaşlı namizəd 77, ən gənci isə 22 yaşında olub. Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı üzrə 63,4 faiz, respublikanın digər regionları üzrə isə 36,6 faiz təşkil edib. İmtahanda Azərbaycanın əksər regionları təmsil olunub.

Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Reytingaz





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}