Təhsil Nazirliyinə əlavə 2 590 000 manat ayrılıb - Sərəncam
Tarix: 17-02-2018 07:33 | Bölmə: Cəmiyyət / Xəbərlər
Təhsil Nazirliyinə əlavə 2 590 000 manat ayrılıb

Prezident İlham Əliyev “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}