23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Rusiya ABŞ-ı raketlərlə hədələyir
Tarix: 07-10-2016 10:42 | Bölmə: Dünya / Xəbərlər


"Amerikalı strateqlərə xatırlatmaq istəyirəm ki, S-300 və S-400 müdafiə sistemləri naməlum obyektlər üçün sürpriz meydana gətirə bilər”.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

Nümayəndə, həmçinin, Suriyada rejim güclərinin idarəsindəki bölgələrə hava və ya raket hücumlarının "rus əsgərləri üçün də təhdid meydana gətirdiyini” ifadə edib: "Suriyada rus zabitlərinin əksəriyyəti koordinasiya mərkəzində yerli əsgərlərlə bir yerdə xidmət göstərir. ABŞ liderliyindəki koalisiya qüvvələrinin Deyr əz-Zur şəhərində ordu birliklərini bombalamasının ardından rus əsgərlərinə qarşı ola biləcək eyni səhvin qarşısını almaq üçün bütün tədbirləri görmüşük”.

Konaşenkovun "səhv” ehtimalından danışması səbəbsiz deyil. Bir müddət əvvəl ABŞ təyyarələri Deyr əz-Zur hərbi bazasını bombardıman etmiş, 100-əyaxın Suriya hərbçisini öldürmüşdü.

Daha sonra isə Pentaqon bu insidentin səbəbini "texniki səhv”lə əsaslandırmışdı. Konaşenkov da bu ehtimala işarəedərək, amerikalı həmkarlarına oxşar planları həyata keçirmədən əvvəl mümkün nəticələri yaxşı hesablamalarını məsləhət görüb: "Çünki S-300 və S-400 havadan müdafiə sistemləri aktiv fəaliyyətdədir. Sistemin "gördüyü” raketin mənşəyini təyin etmək üçün vaxtı olmaya bilər və əslində, olmur da”. (Strateq.az)

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}