13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
ABŞ prezidenti məhkəməyə verilib - Qalmaqal böyüyür
Tarix: 14-06-2017 12:54 | Bölmə: Dünya / Xəbər lenti

ABŞ-ın qanunverici orqanlarında müxalif Demokratlar Partiyasını təmsil edən 196 konqresmen və senator prezident Donald Trampla bağlı Federal Məhkəməyə şikayət edib.

Demokratların təmsilçiləri Trampı xarici hökumətlərdən maliyyə yardımı almaqda günahlandırırlar.

Məlumata görə, ABŞ prezidentinə qarşı iddia qaldıranlardan 30-u senator, 166-sı isə Nümayəndələr Palatasının üzvləridir.

İnformasiyaya əsasən, ilk dəfədir qanunverici orqanın bu qədər təmsilçisi ABŞ prezidenti ilə bağlı məhkəmə qarşısında iddia qaldırır.

Qeyd edək ki, bir neçə gün əvvəl Vaşinqton və Merilend ştatlarının baş prokurorları D.Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda ittiham ediblər. Baş prokurorlar ABŞ prezidentinin konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onlar D.Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Baş prokurorlar iddia ediblər ki, D.Tramp ardıcıl olaraq, şirkətinin maliyyə hesabatını yoxlayır: "Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” .

Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Onu da qeyd edək ki, bir müddət əvvəl vəkilləri D.Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdilər.("Report”)





150 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-07-2017, 12:46 İran odla oynayır
22-09-2017, 08:52 Məhərrəm ayı başlayıb