Britaniyalı ekspert: İran İsraili viran qoya bilər - Təhlil
Tarix: 03-01-2018 14:09 | Bölmə: Dünya / Xəbərlər
Britaniyalı ekspert: İran İsraili viran qoya bilər

(Saymon Tisdall

The Guardian (Böyük Britaniya), 02.01.2018)


Çoxsaylı düşmən və rəqiblər səhra üzərindəki uca səmada dövrə vuran yırtıcı quşlar kimi Tehran və başqa şəhərlərdəki küçə etirazlarını diqqətlə və xəyali ləzzətlə müşahidə edirlər. Deyəsən, iğtişaşların rejimin süqutuna səbəb ola biləcəyi haqda ABŞ və İsraildə ifadə olunan ümidlər vaxtsızdır. Lakin İran hökumətinin gerçək və yaxud təsəvvür edilən zəifləməsi bölgədə təhlükəli eskalasiyanın müjdəçisi ola bilər.

Əsasən şiə əhalili İran Yaxın Şərqdə öz nüfuzunu yaymaq səyləri üzündən özünə xeyli düşmən qazanıb. Onun ekspansiyaçı siyasəti soyuq müharibənin bitməsi və strateji məhdudiyyətlərin zəifləməsiylə qüvvə toplayıb və Britaniya-Amerika qüvvələrinin 2003-cü ildən sonra İraqdan qəflətən çıxması fonunda fəallaşıb.

İran hazırda Səddamsonrası İraqda, Suriyada və Livanda aparıcı mövqeləri tutub. Bu aşkar qəsdlər İraqın təkcə Bağdaddan şimali-qərbdə yerləşən sünni ərazilərində deyil, həm də xüsusən sünni islamın mərkəzində – Səudiyyə Ərəbistanında ümumi hiddət doğurur.

İran hökuməti artıq Səudiyyə Ərəbistanını etirazları qızışdırmaqda ittiham edib. Loristan qubernatorunun müavini “təkfirçilər qrupu” (sünni ekstremistləri) və “xarici xüsusi xidmətləri” ittiham edəndə ər-Riyadı nəzərdə tutub.

Səudiyyə Ərəbistanının İrandakı rejimi dəyişmək niyyətində olduğu haqda düşüncələr bu yaxınlara qədər cəfəng görünə bilərdi. Lakin iki ölkə arası münasibətlərdəki gərginlik heç vaxt olmadığı qədər yüksəkdir. Səudiyyəlilər bu yaxınlarda ər-Riyadda kral sarayına raket atəşində birbaşa əli olmaqda İranı ittiham ediblər. Raket Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Tehran dəstəkli üsyançı husilərə qarşı mübarizə apardığı Yəməndən buraxılıb. Bu rəqabət varis şahzadə Məhəmməd bin Salmanın noyabrda durumu sabitsizləşdirdiyi Livana da yayılıb və əksər müşahidəçilərin fikrincə, Tehranın dəstəklədiyi, Livanın hərbiləşdirilmiş təşkilatı və siyasi partiyası “Hizbullah”ın nüfuzunun düşməsi qəsdilə planlaşdırılan uğursuz dövlət çevrilişi cəhdiydi.

İrana şiddətli cavab verməyə, Qətəri və Fars körfəzinin başqa dövlətlərini tabe etməyə, ölkə daxilində nəzarəti təmin etməyə can atan gənc Salman ötkəm və düşüncəsiz adam nüfuzu qazanıb. Salmanın nə qədər uzağa getməyə hazır olduğunu kimsə bilmir, amma keçmişdə “İrana müqavimət göstərməyə” and içib və İran ali rəhbəri, ayətullah Əli Xameneini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

Salman qeyri-formal qızğın tərəfdarlarının dəstəyini təmin edib, bu yaxınlarda isə İranın Səudiyyə Ərəbistanı tərəfindən işğalını uydurma şəkildə təsvir edən videoçarx inanlmaz bir sürətlə yayılıb.

Salman öz dostu, Donald Trampın kürəkəni və Yaxın Şərqdə danışıqçısı Cerad Kuşnerin ciddi dəstəyindən faydalanır. Trampın “didərgin rejim” adlandırdığı İran hökumətinə münasibətdə ədavəti və bu rejimi devirmək istəyi heç kim üçün sirr deyil. Ölkə daxilində aşkar bəhanələrin olmadığı etirazların qəflətən alovlanması təəccüb doğurur. Tramp və vitse-prezidenti Mayk Pens Həsən Ruhaninin bir il əvvəl demokratik seçkilərin gedişində prezident postuna seçilməsi faktına məhəl qoymayaraq ümid ifadə ediblər ki, İranın “repressiv rejimi” çökəcək. İranda rejimin dəyişilməsi ideyası İsrail siyasətçilərini də ruhlandırıb. Bölgəsəl əməkdaşlıq naziri Tsaxi Hanegbi bildirib ki, İran etirazçıları “azadlığa can atmaq cəhdində öz həyatları ilə cəsarətlə risk edirlər” və “mədəni dünya”nı onlara dəstək verməyə çağırıb. Lakin karyerasını İranı ekzistensial təhlükə kimi iblisləşdirməklə quran İsrail baş naziri Benyamin Netanyahu şərhlərdən çəkinməyə çağırıb – görünür, İran liderlərinin öz qəzəblərini İsrailə yönəldə biləcəyindən qorxduğu üçün. Netanyahu mənfi reaksiyadan ehtiyat edirsə, onda, ehtimal ki, ağıllı hərəkət edir. Durum nəzarətdən çıxarsa, atəş xəttində Tramp və Pens deyil, İsrail görünəcək.

İsrail bildirib ki, İran Livanda “Hizbullah”a və Qəzada Fələstin döyüşçülərinə raket və silah tədarükünü fəallaşdırıb. Onu Holan təpələrində Suriya ilə faktiki sərhədin təhlükəsizliyi getdikcə daha çox narahat edir. Zəifləmiş və dişbatar olmuş İran qəfil zərbə endirə bilər. O habelə İraqla Suriyanın nizampozucu və gözlənilməz tərəfdaşı ola bilər. Həmçinin hazırda hesablama üzrə Tehranın müttəfiqləri olan Türkiyə və Rusiyanın.

Səmada dövrə vuran Amerika, Səudiyyə və İsrail qırğılarına gəlincə, onların öz istəklərində ehtiyatlı olması gərəkdir.(Tərcümə Strateq.az-ındır)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}