Tramp şərtsiz, İran şərtlə danışıq istəyir
Tarix: 31-07-2018 08:46 | Bölmə: Dünya / Xəbərlər
Tramp şərtsiz, İran şərtlə danışıq istəyir

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

TASS agentliyinin xəbərinə görə, bunu D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram”,- deyə D.Tramp bildirib.

İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi isə “Twitter” səhifəsində yazıb ki, iki ölkə arasında dialoqun bərpası üçün ABŞ nüvə razılaşmasına qayıtmalıdır.(APA)

“İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır”, - H. Abutalebi yazıb.

Qeyd edək ki, mayın 8-də D. Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}