“Arsenal”ın məğlubedilməzliyinə son qoyuldu
Tarix: 16-12-2018 19:04 | Bölmə: İdman
“Arsenal”ın məğlubedilməzliyinə son qoyuldu

“Arsenal” klubunun 23 oyunluq məğlubedilməzliyi başa çatıb.

Reyting.az xəbər verir ki, London təmsilçisi İngiltərə çempionatının 17-cı turunda səfərdə “Sauthempton”a 3:2 hesabı ilə məğlub olub.

Meydan sahiblərininn heyətində iki dəfə ingiltərəli hücumçu Denni İnqs, bir dəfə ingiltərəli forvard Çarlz Ostin fərqlənib.

“Arsenal”ın məğlubedilməzliyinə son qoyuldu

“Arseanal”ın qollarını erməni Henrix Mxitaryan vurub.

London klubu məğlubiyyətdən sonra 34 xalla 5-ci sıradadır.

Səfərdə “Brayton”a 2:1 hesabı ilə qalib gələn Londonun digər təmsilçisi “Çelsi” 37 xalla 4-cü yerdə qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}