23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
İki ay ərzində altı bank filialı bağlanıb
Tarix: 05-04-2017 11:59 | Bölmə: İqtisadiyyat


Azərbaycanda fəaliyyət göstərən 6 bank filialı bu ilin yanvar ayından martın 1-dək olan tarixdə bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, fevralda şöbələrin sayı 135-ə yüksəlib.

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 1 ədəd artaraq 2462-yə yüksəlib.

Qeyd edək ki, hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}