ABŞ Çin banklarını sanksiyalarla hədələyir
Tarix: 08-04-2024 14:53 | Bölmə: İqtisadiyyat
ABŞ Çin banklarını sanksiyalarla hədələyir

Çində dörd günlük danışıqlar aparan ABŞ-nin maliyyə naziri Janet Yellen bu ölkənin banklarına və ixracatçılarına xəbərdarlıq edib ki, Rusiyanın hərbi potensialının artırılmasına köməklik göstərsəniz, sanksiya ilə üzləşəcəksiniz.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, Yellen Çindəki şirkətlər də daxil olmaqla, Rusiyanın müharibəsinə maddi dəstək verməməklə bağlı xəbərdarlıq edib.

“Rusiyanın müdafiə sənayesi bazasına hərbi və ya ikili təyinatlı mallar təqdim edən əhəmiyyətli əməliyyatları asanlaşdıran istənilən bank ABŞ-ın sanksiyaları riskinə məruz qalırlar”, - nazir bildirib.

Çin əvvəllər xəbərdarlıqların hədəfi olsa da, Yellenin Pekində bugünkü mesajı qeyri-adi qiymətləndirilir, çünki birbaşa sanksiyalar təhdidini ehtiva edir.

Digər tərəfdən, bu xəbərdarlıq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna da daxil olmaqla, məsələləri müzakirə etmək üçün Pekinə gəldiyi gün baş verib. Çin müharibə ilə bağlı mövqeyini neytral kimi qələmə versə də, Rusiya ilə ticarəti müharibə başlayandan bəri kəskin şəkildə artıb.

Qeyd olunur ki, ABŞ dollarına çıxışın kəsilməsi beynəlxalq səviyyədə fəaliyyət göstərən istənilən bank üçün təhlükə yaradır.

“Financial Times” yazır ki, belə bir xəbərdarlığı ABŞ-nin dövlət katibi Blinken Avropa İttifaqı və NATO xarici işlər nazirləri ilə görüşdə də edib. Blinken Pekinin Moskvaya “narahatedici miqyasda” kömək etdiyini bildirib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər