Keçmiş nazirin qardaşı büdcədən böyük məbləğdə vəsait oğurlayıb
Tarix: 14-05-2018 11:49 | Bölmə: İqtisadiyyat
Keçmiş nazirin qardaşı büdcədən böyük məbləğdə vəsait oğurlayıb

Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yoxlamalar başlayıb.

Məlumata görə, yoxlama zamanı Dövlət Sosial Müdafiə Fondunda ciddi maliyyə fırıldaqları üzə çıxıb. Məlum olub ki, hər il pensiya təminatı sahəsində yüz milyonlarla vəsait mənimsənilib.

Reyting.az
saytı Unikal.org-a istinadla xəbər verir ki, ciddi qanun pozuntularının və yeyintilərin olduğu qurumlardan biri də Dövlət Sosial Müdafiə Fondunun Hüquqi Şəxslərlə İş İdarəsində baş verib.

Məlumat üçün bildirək ki, bu qurumun rəisi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədovdur.

Sayt bildirir ki, Səlim Müslümovla Heydər Əsədovun yaxın olması heç kimə sirr deyil. Onlar dostluq münasibətlərini qohumluq əlaqələri (Kirvə) ilə daha da möhkəmləndiriblər. Bu yaxınlıq səbəbindən S.Müslümov H. Əsədovun qardaşına fondda yüksək vəzifə vermişdi.

Ş.Əsədov nazirlə yaxınlıqlarına güvənərək idarəni öz şəxsi mülkü kimi idarə edib. Belə ki, əsasən şirkətlərlə işləyən bu qurum bütün imkanlarından istifadə edərək sahibkarları təzyiq altında saxlayırmış. Hesablaşma əməliyyatlarında, eləcə də ikili mühasibatlıqla bağlı Ş.Əsədovun diqtəsindən kənar hərəkət edən şirkətləri "cəzalandırırdı”. Yəni, kim onun müəyyənləşdirdiyi "qaydalar”la işləmir, hesabını vermirdisə, ona qarşı süni əngəllər yaradılırdı. Bir qədər də dərinə gedəndə həmin şirkətlər məhkəməyə verilirdi. Amma işbirliyi quran şirkətlər hesabını verdikdə, büdcədən milyonlarla vəsaitin yayındırılmasına şərait yaranırdı.

Qeyd edək ki, artıq Şiraslan Əsədovun qurduğu bu sistemlə aparılan ilkin araşdırmalarla, Dövlət Sosial Müdafiə Fondunun Hüquqi Şəxslərlə İş Departamentində il ərzində milyonlarla vəsaitin büdcədən yayındırıldığı üzə çıxıb.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}