Trampın müşaviri regiona səfərinin məqsədini açıqlayıb
Tarix: 13-10-2018 10:33 | Bölmə: Slayd
Trampın müşaviri regiona səfərinin məqsədini açıqlayıb

“Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”.

TASS xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

C. Bolton deyib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}