ABŞ “satqınlara” 10 milyon dollar mükafat verəcək - Səbəb
Tarix: 22-04-2019 23:55 | Bölmə: Slayd
ABŞ “satqınlara” 10 milyon dollar mükafat verəcək

ABŞ hökuməti terror aktlarının təşkilində “Hizbullah” təşkilatına göstərilən maliyyə əməliyyatlarının pozulmasına imkan yaradan məlumat qarşılığında 10 milyon dollaradək mükafat təklif edir.

Reyting.az
xəbər verir ki, belə bir məlumatı “TASS” agentliyi yayıb. Məlumata görə, bu barədə əcnəbi jurnalistlər mərkəzində keçirilmiş brifinq zamanı ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Evanoff açıqlama verib.

“Biz “Hizbullah”a axan maliyyə dəstəyini dayandırmaq istəyirik və bu məqsədlə ABŞ hökuməti tutarlı məlumat qarşılığında 10 milyon dollaradək mükafat verməklə yanaşı digər tədbirlər də görəcək”, - Evanoff belə deyib.

Onun sözlərinə görə, “Hizbullah”ın maliyyə əməliyyatları barədə xəbər vermək istəyən şəxslər Ədliyyə Nazirliyinin internet səhifəsindən istifadə edə bilər.(ONA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}