198 vakant vəzifəyə qeydiyyat yekunlaşmaq üzrədir - DİM
Tarix: 04-04-2018 11:38 | Bölmə: Slayd
198 vakant vəzifəyə qeydiyyat yekunlaşmaq üzrədir

7 mart 2018-ci il tarixdə elan edilmiş 10 dövlət orqanında mövcud olan 198 vakant vəzifə (A növü üzrə) üzrə müsabiqənin müsahibə elanına qeydiyyat aprelin 7-də bitəcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, test imtahanından müvəffəqiyyətlə keçən namizəd müsahibə üzrə qeydiyyatdan keçmək, ilk növbədə sertifikatı əldə etmək üçün aprelin 16-dək DİM-in portalındakı müraciət formasını doldurmalıdır.

Müsahibə üzrə qeydiyyatdan keçmək üçün fiziki olaraq sertifikat tələb olunmur.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).


Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}