11:24 / 12-07-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
11:11 / 12-07-2025
Sumqayıtda kürəkən qayınatasını öldürüb
10:21 / 12-07-2025
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
09:46 / 12-07-2025
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
09:21 / 12-07-2025
İsmayıllı rayonunda zəlzələ olub
21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

00:11 / 11-07-2025

14:27 / 09-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

22:43 / 07-07-2025

Hökumət təhsildəki problemi həll edə bilmir - Ekspertlər
Tarix: 20-05-2018 01:47 | Bölmə: Araşdırma / Slayd

Mütəxəssis deyir ki, ölkə təhsilindəki gerilik və qəbul imtahanlarında ümumi səviyyənin aşağı olması miqyasına görə Qarabağ problemindən geri qalmır
Dövlət İmtahan Mərkəzi qəbul imtahanının nəticələri ilə bağlı yeni statistikanı açıqlayıb. Elan edilən statistikada orta təhsilin aşağı səviyyədə olduğu üzə çıxır.
Belə ki, bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizi 200-dən az bal toplayıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: "0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi "2”,"3”,"4”,"5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 48.7 faizi imtahandan "2”, 18.4 faizi "3”, 22.9 faizi "4”, 10.0 faizi isə "5” qiyməti alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 55.4 faiz, 16.7 faiz, 19.4 faiz, 8.4 faiz olub. Göründüyü kimi, bu il "2” qiymət alanların faizi nisbətən azalıb, "3”,"4” və "5” qiymət alanların faizi isə artıb.
Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9 faizini "3”, 44.4 faizini "4”, 19.1 faizini isə "5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.6 faiz, 45.0 faiz, 19.2 faiz olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış) imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 5.9 faizinin topladığı bal 20-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 20-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir”.
Bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Analoji halların builki imtahanlarda da təkrarlanacağı şübhəsizdir. Çünki təhsildəki problemlərin həlli istiqamətində ciddi addımların atıldığı sezilmir.

Bu barədə fikrilərini “Reytinq” qəzeti ilə bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, 13 mayda DİM tərəfindən ali məktəblərin II və III ixtisas qrupu üzrə keçrilən qəbul imtahanları əvvəlki illərlə müqayisədə heç nəyi ilə fəqlənmədi. Onun sözlərinə görə, ən ciddi fərq iştirak edənlərin sayı ilə bağlı idi:
“Xatırladım ki, keçrilmiş imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verəcək. Birmənalı şəkildə bu fikirlə razı deyiləm. Məktəblərdə dərs keçilmirsə, müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir? Bu gün Azərbaycanda oxuma – yazma bacarığı 100 faziə çatıb. Bu, dünyada ən yüksək nəticələrdən biridir. Məhz bu orta məktəbin verməli olduğu bilik və bacarıqdır.
Bu gün orta məktəb ali məktəblərə abituriyent hazırlamır, cəmiyyətə şəxsiyyət hazırlayır. Problem, tam başqadır; bizdə valideyn ibtidai sinifləri şagirdlə bərabər oxuyur. Elə ki, məktəbli yuxarı siniflərə qalxdı, proqram çətinləşdi, valideyn o dəqiqə geri çəkilir. Düzdür, bütün evlərdə ziyalı ata-ana yoxdur. Buna baxmayaraq, yuxarı siniflərə də nəzarət mütləqdir, hətta onlar böyüdükcə nəzarət daha da güclənməlidir. Yəni, günahı məktəbdə görməklə heç nə həll olunmur. Hər şey valideyndən asılıdır. Valideynlər istəsələr ki, övladları repetitor yanına getməsin və özü oxuduğu məktəbdə proqrama uyğun hazırlaşsın, onda bu müsbət nəticə verə bilər. Ali məktəblərə qəbul imtahanlarının çətin olması, nəticələrin aşağı olmasının əsas səbəbidir. Abituriyentlərdən qəbul imtahanlarında soruşulan bilik 5-6 il ərzində orta məktəbdə tədris olunmuş məlumatlardır. DİM orta məktəblərdə şagirdlərin əldə etdikləri biliklərin mənumsənilmə faizini dəqiq öyrənmək istəyirsə, o biliyi şagirdin oxuduğu sinifdə yoxlasın. Yəni şagirdin 6–cı snifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbətdə ki, onun həmən mövzuya cavab vermə reallığı aşağı olacaq. DİM–in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, repititor yanında əldə etdikləri biliklərdir. Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biliklər, nəticələr nə Təhsil Nazirliyinin, nə orta məktəbin nəticəsi deyil. Bu repititorluğun nəticəsidir. Amma nəticəsizlik, aşağı nəticələr Təhsil Nazirliyinin və məktəbin nəticəsidir”.
Ekspert nəzərə çatdırıb ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Onun qənaətincə, burada diqqətini çəkən bir neçə məqam var idi:
“Birinci istifadə olunan test tapşırıqları ilə bağlıdır. DİM imtahanda iştirak etmək üçün 40 manat xidmət haqqı müəyyən edib və bunu ona görə edib ki, istifadə olunacaq test tapşırıqlarına vəsait xərclənəcək. Amma 13 mayda II və III qruplartda istifadə olunmuş test tapşırıqlarının heç biri yeni deyildi. Belə ki, bütün test tapşırıqları 2010-cu ildən bəri qəbul və sınaq imtahanlarında dəfələrlə istifadə olunmuş, siniflər üzrə çap olunmuş test kitabçasında və DİM–in fənlər üzrə nəşr etdirdiyi test banklarda olan suallar idi. Orta səviyyədə, 30-40 faiz hazırlaşmış, bu test toplularını işləmiş abituriyent 250-300 bal toplaya bilər. Hətta repititor yanına getmədən belə. Mənim heç ümid etmədiyim, zəif nəticə gözlədiyim abituriyentlər belə 280-310 balı rahatlıqla toplaya biliblər. Yüksək hazırlıqlı abituriyentlər isə 600 dən çox bal toplaya biliblər”.
K. Əsədov onu da nəzərə çatdırıb ki, ümumilikdə 2018-2019-cu tədris ili üçün keçrilən qəbul imçtahanları 26 ildir tətbiq edilən ənənəvi üsulla sonuncu qəbul imtahanıdır. “2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçriləcək. On görə də DİM daha çox əvvəlki illərin məzunları gələn ilə qalmasın deyə, qəbul imtahanlarında daha sadə test tapşırığı nümunələrindən istifadə etdi. Düşünürəm ki, bu il III ixtisas qrupu üzrə toplanan ballar keçən illə müqayisədə yeksələcək, II qrupda isə keçən illə müqayisədə aşağı düşəcək. Təəssüf ki, 26 ildir eyni üsulla qəbul imtahanları keçrilsə də, nəticələrdə elə bir ciddi dəyişiklik yoxdur. Belə ki, 1992-ci ildə də 150 balla ali məktəblərə qəbul olmaq, tələbə adın qazanmaq olurdu, 2018-ci ildə də bu mümkündür”, – deyə müsahibimiz əlavə edib.
Bir məqama da toxunaq ki, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili göstərir ki, özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəriciləri dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağıdır. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilir ki, belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər. Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramlar tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər.
K. Əsədov təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər rəqabət mühiti yarada bilmirlər. Onun qənaətincə, bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır: “Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. Sonradan özəl ali məktəblərin sahibləri özləri üçün böyük və geniş tədris binaları inşa etdirib, bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi. Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı.
Azərbaycanda özəl ali məktəblərin yaranması iki problemi həll etməli idi.
Birincisi, kəmiyyət problemidir. Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayı postsovet məkanına daxil olan ölkələrdən və Avropa ölkələrindən geridə qalır. Bizdə hər 10 min nəfərə 156 tələbə düşdüyü halda, Gürcüstan və Ermənistanda bu rəqəm 320 nəfər, Rusiya, Belarus, Ukraynada bu rəqəm 400 nəfər, Qərb ölkələrində isə 500-600 nəfərdir. Özəl ali məktəblərə tələbə axınının xeyli azalması və onların bağlanması kəmiyyət problemini həll edə bilmədi.
Keyfiyyət probleminə gəldikdə, yeni yaradılmış ali məktəblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, Xəzər Universiteti istisna olmaqla, özəl ali məktəblərin keyfiyyət göstəriciləri bir çox hallarda dövlət ali məktəblərindən seçilmədi. Məsələn, ABŞ-ın ən məşhur universitetləri Harvard, Yell, Prinston universitetləri özəl universitetlərdir. Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetlərini də misal göstərmək olar. Bizdən fərqli olaraq dünyanın bir çox ölkələrində dövlətin özəl ali məktəblərə maliyyə və başqa formada dəstəyi olur ki, bu da inkişafla nəticələnir. Bir misal çəkim, vaxtilə özünə normal reytinq toplamış Xəzər və Qərb universitetlərinin reytinqi get-gedə düşməyə başladı. Səbəb odur ki, bu ali məktəbin rəhbərləri bunu bilərəkdən edir. Belə ki, təhsil haqqını ağlasığmaz dərəcədə artırır, tətbiq edilən sərt imtahan sistemi ilə tələbələr incidilir. Kredit adı ilə onlardan külli miqdarda vəsait alırlar. Hesab edirəm ki, keyfiyyətsiz təhsil və aşağı səviyyədə idarəetməyə görə bir çox universitetinin də fəaliyyəti dayandırılmalıdır”.

Baki Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli isə “Reytinq”ə açıqlamasında deyib ki, hər şeydən əvvəl baş verən çatışmazlıqların səbəblərini öyrənməliyik.
Onun fikrincə, nəticələrdən çıxış edərək heç bir problemi həll etmək mümkün deyil: “Abituriyentlərin qəbul imtahanlarında zəif nəticələr göstərməsi orta ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin qaneedici olmaması ilə bağlıdır. Sirr deyil ki, məktəblərdə əksər müəllimlər dərs keçmir. Ona görə də şagirdlərin bir çoxu repititor yanına gedir. Amma hamının buna imkanı çatmır. Müşahidələr göstərir ki, ibtidai sinifdən bəzi şagirdlər də repititor yanına göndərilir. Qəbul imtahanlarında yüksək bal toplayanlar məhz onlardır. İmkanı olmayan və övladını repititor yanına göndərə bilməyənlərin isə sayı daha çoxdur. Onların övladları qəbul imtahanında aşağı bal toplayırlar. Bu ciddi problemdi və düşünürəm ki, miqyasının böyüklüyünə görə Qarabağ məsələsindən geri qalmır. Ona görə də hökumət cəmiyyətdə müəllimlərin nüfuzunun qaldırılması, təhsilə marağın həvəsləndirilməsi, bacarıqların dəstəklənməsi və s. işləri ilk növbədə yerinə yetirməlidir. Əks halda biz qarşıdakı illərdə cəmiyyətimizdə inkişafa çağırışlara qarşı müqavimətin, əsarətə, sükunətə meylliliyin, idxaldan asılılığın, mühacirətə marağın, kadr çatışmazlığının və s. şahidi olacağıq”.
Özəl ali məktəblərlə bağlı fikirlərə gəlincə, M. Rəhimli “Təbii ki, aşağı bal toplayaraq universitetlərə qəbul olan tələbələrin yaxşı mütəxəssis kimi yetişdirilməsində problemlər meydana çıxacaq. Amma burada bir faktoru nəzərə almaq vacibdir. Əgər bu balı toplayan tələbə repititor yanına getmədən universitetə qəbul olubsa, onun mütəxəssis kimi yetişməsində heç bir mane ola bilməz. Əks halda isə çoxsaylı problemlər yaranacaq. Ali məktəblər ən pis halda orta təhsilin çatışmazlıqlarını ört-basdır etmək missiyasını yerinə yetirir. Zəif tələbələr heç olmasa, kollec və ya texnikum tələbələri səviyyəsinə çatdırılır. Halbuki əvvəlcədən həmin tələbələri peşə məktəblərinə, kolleclərə yönəltmək mümkün idi ki, bu daha effektli olardı. Bu baş vermədiyindən, məsələn, Tibb Universiteti həkim diplomlu tibb bacısı, Texniki Universitet mühəndis diplomlu çilingər və s. yetişdirir”, – cavabını verib.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
Bu gün, 09:21
İsmayıllı rayonunda zəlzələ olub
Dünən, 14:09
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
Dünən, 13:38
Ukrayna üçün final faciəli olacaq
Dünən, 11:41
Üç qəzet redaksiyası ilə bağlı fərman verilib
Dünən, 00:11
Ərdoğan kürd məsələsində ən riskli addımını atır
10-07-2025, 16:28
DTX-nın saxladığı "Vaqner"çi azərbaycanlılar həbs edilib
10-07-2025, 15:55
Azərbaycan ilə Ermənistan delimitasiya prosesini sürətləndirir
10-07-2025, 13:42
Ağdərədə mina partlayıb, yaralı var - (Yenilənib)
10-07-2025, 12:11
Rusiyaya və müttəfiqlərinə qarşı ölümcül sanksiya hazırlanır
10-07-2025, 10:20
Ukrayna daha bir şəhərini itirmək üzrədir
10-07-2025, 08:43
Transxəzər marşrutu işə düşür
9-07-2025, 17:21
Kremlin planı Rusiyanı xilas edə bilməyəcək
9-07-2025, 14:27
Azərbaycan-Ermənistan sərhədində təxribatlar ola bilər - Ekspert
9-07-2025, 10:14
İsrailin Türkiyə qorxusu artır
8-07-2025, 14:39
Tramp Ukrayna ilə bağlı inadından əl çəkir
8-07-2025, 13:58
Cəlaloğlu: Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar
8-07-2025, 12:16
Azad edilmiş ərazilərə səfər üçün icazənin müddəti artırılıb
8-07-2025, 11:06
İsrailin növbəti hədəfi Türkiyə ola bilər
8-07-2025, 10:58
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir
8-07-2025, 09:34
Hikmət Hacıyev: "Sülh var, Ermənistan-Azərbaycan sərhədi sabitdir"
7-07-2025, 18:33
Bu il sülh sazişi imzalana bilər
7-07-2025, 17:43
Türkiyə hərbi büdcəni böyüdür
7-07-2025, 12:36
Dağıdıcı fəlakətlər artır - Xəbərdarlıq
7-07-2025, 11:15
Rusiya daha iki yaşayış məntəqəsini ələ keçirib - Foto
7-07-2025, 11:01
Paşinyanın əleyhdarları ona yumruq silkələyir
7-07-2025, 08:53
Tramp indi də BRİKS-i dəstəkləyən ölkələri “cəzalandırır”
3-07-2025, 13:08
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
2-07-2025, 16:55
Professor: Rusiya başını itirmiş ayı kimi davranır
2-07-2025, 15:56
Azərbaycan Rusiyadan tam uzaqlaşır?
2-07-2025, 15:33
Rusiya daha da aqressivləşir
2-07-2025, 14:37
Avropa müharibəyə hazırlaşır - Foto
2-07-2025, 11:25
İran ABŞ və İsraildən kiberqisas alır?
1-07-2025, 16:50
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
1-07-2025, 13:01
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
1-07-2025, 10:45
Rusiya yeni ərazilərin işğalına hazırlaşır
1-07-2025, 09:03
Süni intellekt dünyanı ələ keçirir - Foto