13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:24 / 21-10-2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:48 / 21-10-2025
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
11:34 / 21-10-2025
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
11:20 / 21-10-2025
Yavər Camalovun ailəsinə ağır itki üz verib
11:05 / 21-10-2025
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
10:58 / 21-10-2025
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
10:46 / 21-10-2025
Avropada kommunal xidmət xərcləri artır
10:24 / 21-10-2025
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
09:53 / 21-10-2025
Xəstə heyvanlar bazarlarda satılır?
09:48 / 21-10-2025
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

16:07 / 20-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
Tarix: 09-10-2019 19:10 | Bölmə: Araşdırma / Slayd

Təhsil Araşdırmalar Mərkəzi məktəblərdə apardığı monitorinq və araşdırmaların nəticələrini açıqlayıb.
Mərkəzdən Reyting.az-a verilən məlumata görə, monitorinq və araşdırmalar nəticəsində məktəblərdə ciddi problemlər ortaya çıxarılıb. Yaxın zamanlarda bununla bağlı xüsusi hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.
Təhsil Araşdırmalar Mərkəzi hələlik ölkə təhsilindəki problematik məsələlərdən biri üzərində dayanıb: Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər?
Mərkəz bildirir ki, məktəblərdə monitorinq və araşdımalar zamanı bəlli olub ki, əksər yaşlı müəllimlərin ya savadları aşağıdır, ya da dərs keçməyə, öz işini görməyə həvəsli deyillər. Mərkəz əməkdaşları müxtəlif sahənin mütəxəssisləri və alimlərlə bu məsələni müzakiyə çıxarıb. Mütəxəssis və alimlərə ünvanlanan sual belə olub: Niyə yaşlı müəllimlər, cavan müəllimlərdən ümumən daha zəif və daha məsuliyyətsizdirlər? Belə olduğu halda onlar niyə daha iddialı və təkəbbürlüdürlər?

Qeyd edək ki, suala ilk cavabı yaşlı nəslin təmsilçisi, tanınmış sosioloq, universitet müəllimi Əhməd Qəşəmoğlu verib.
Ə. Qəşəmoğlu deyib ki, bir çox yaşlı müəllimlər dərsi zəif tədris etsə də, gənc nəsil onlardan da zəifdir: “Yaşlı nəsil arasında, zəif tədris edənlər, məhz dünyagörüşləri məhdud olan insanlardır. Müasir dərsliklərlə tanışlıqları yoxdur, çağdaş təhsil sistemi barədə təsəvvürləri azdır və 30 il əvvəlki tərzdə dərs deməklərini davam etdirirlər. Lakin, onlardan daha gənc, rüşvətlə universitetlərə girən, diplom əvəzinə, təhsil müəssisəsinə pul ödənişi qəbzi alıb, bunu diplom hesab edən gənclərdir. Ona görə də, fikriniz, ümumən doğru deyil. Xeyli yaşlı müəllim tanıyıram ki, gənclərin onlar kimi dərs deməsinə illər lazımdır”.
Sosioloq iddia edir ki, ümumilikdə, müəllimlərimiz çox zəifdir: “Bu gün tələbələrimiz dərsə biganədirsə, bunun günahının 50 faizindən çoxu müəllimlərin zəifliyindədir.
Müəllimlərin zəifliyinin səbəbini bu amillərdə görürəm: etinasızlıq, ruh düşkünlüyü, tənbəllik, hazırlaşmağa vaxtın olmaması, internetdən istifadəni bacarmamaq və xarici dilləri bilməmək. Bu əlamətlər yaşlı müəllimlərdə daha çox olduğundan, onlar zəifdirlər”.

Gənc sosioloq Sahib Altay isə fərqli düşünür:
“Niyə yaşlı müəllimlər, gənc müəllimlərdən daha zəif tədris keyfiyyəti göstərirlər?
Azərbaycanda, indiki yaşlı və orta yaşlı nəsil, keçmiş sovet təhsil sistemindən tərbiyə və təhsil almış insanlardır. O dövrün müəllimləri də fərqli sistemdə təhsil almışdılar. Bundan əlavə, XX əsrin müxtəlif dövrlərində doğulmuş Azərbaycan insanının, dövrə münasibəti də fərqlidir”.
Sahib Altay bildirib ki, müharibədən sonrakı dövrdə, 50-60-cı illərdə Azərbaycanda xeyli müəllim, alim, ziyalı yetişsə də, bir məsələ var: “Sosializm, iki cəmiyyət prinsipindən birincisini - "Qapalı cəmiyyət prinsipi"ni ehtiva edirdi. Bu prinsipə görə, toplumlara ərzaq da, informasiya da, təhsil də yarımçıq verilir, sosial münasibətlərin möhkəmlənməsi üçün insanlar arasında bir-birindən sosial asılılıq yaradılır. Əlbəttə, həmin təhsil sisteminin yaxşı tərəfləri də mövcud idi.
Müstəqillik dövründən sonra Azərbaycana test üsulunun gətirilməsi isə vəziyyəti xeyli dəyişdi. Texniki, humanitar təhsil anlayışı meydana gəldi. Bu sistemin əvvəlki sistemdən üstünlüyü ondadır ki, bu sistemdə oxuyan tələbə, özünə lazım olmayan informasiyaları əzbərləmək məcburiyyətində qalmır, yalnız bir sahəni mənimsəyir və lazımsız informasiyanı qəbul etmək əvəzinə, özünü daha da təkmilləşdirir. Bir də, bu sistemdəki qəbul üsulu, əvvəlki sistemdən daha şəffafdır. Testdən sonra "Boloniya" sisteminin Azərbaycana gəlməsi, təkcə universitetlərdə deyil, həm də orta məktəblərdə vəziyyəti dəyişdi. Kurikulum tədris üsulu, yaşlı müəllimlərin işini xeyli qəlizləşdirdi. Təbii ki, test üsulu ilə qəbul olub, təhsil almış müəllimlərlə, keçmiş qapalı təhsil sistemində təhsil almış müəllimlər fərqlənməlidir. Ancaq, burada, təhsil sistemindən kənar bir səbəb də var. Bu da, müəllimliklə yox, birbaşa yaş nəsli ilə bağlıdır. Azərbaycanda, hazırkı gənclik, yeni təhsil sistemində təhsil alır. Sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya açıla bilir. Təhsildən əlavə, şəxsi həyatda da müasir düşüncə tərzinə əsasən yaşamağa can atır. Orta yaşlı və yaşlı nəsil isə mühafizəkardır. Onlar üçün dünya, hələ də Sovetlər Birliyindən ibarətdir. Onlar, öz dövrlərinin və təhsillərinin mənfi cəhətlərini heç vaxt görmək istəmirlər.
Dövr və mühit önəmlidir. Hər uşaq, öz dövrünə uyğun doğulur, öncəki nəsillərdən, hətta öz valideynlərindən belə geniş potensiala sahib olur. 30-40 il öncənin uşaqlarını nağıllarla yatırmaq mümkün olurdusa, indiki uşaqlar nağıllara gülürlər.
Sonda demək istədiyim bir məqam var. Müəllim, öz dövrünün də, sonrakı dövrün də əksər insanından fərqli olmalıdır. Müəllim, öz dövrünün digər insanları kimi ən adi ənənələrin mühafizəkarına çevrilməməlidir. Çünki, müəllimin missiyası öyrətməkdir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, dövrün təhsil sistemi və imkanları çərçivəsində, bəzən də o çərçivədən kənara çıxıb, daha üstün çalarlarla tədris etməyi bacarmalıdır…”

Qeyd edək ki, özünəxas metod və yanaşmaları ilə fərqlənən psixoloq-alim Yunis Dürüst də məsələyə münasibət bildirib. Onun fikri sosioloqun fikirləri ilə üst-üstə düşür.
Y. Dürüstün sözlərinə görə, yaşlı müəllimlərin, ümumilikdə cavan müəllimlərdən daha yetərsiz olmasının əsas səbəbləri aşağıdakılardır:
“1) Sovet təhsili, müasir Azərbaycan təhsilindən bir çox meyarlarına görə üstün olsa da, hər şey elə bundan ibarət deyil! Elm, sösüz ki, həyatın özü kimi, daim dəyişir və yenilənir, irəli gedir. Tutalım, 60-cı, ya da 70-ci illərin dərs vəsaitləri, təbii ki, o zamankı elmi səviyyədən daha yüksək ola bilməzdi. Lakin indi, ümumi elmi səviyyə artıbdır və elmi bilgilər sərhədləri aşaraq dünyanın hər yerinə asanlıqla yayılır. Nəticədə də, əlbəttə ki, indiki cavanların əllərində, daha böyük imkanlar və elmi şərait vardır. İndinin əlaçı tələbəsinin bildiyi ilə, o zamanın əlaçı tələbəsinin bildikləri eyni deyil. İndikilər, necə deyərlər, daha “çoxbilmiş”dir. Biz, bu reallığın təsirini, hətta azyaşlı uşaqların timsalında da görə bilərik.
2) Elmlərlə bərabər, təbii ki, texniki imkanlar da genişlənibdir. Və indi, hətta yolda, marşrutda gedərkən belə, müvafiq cihazlar vasitəsilə istədiyin bilgiləri əldə etmək mümkündür. Yəni, 70-ci illərdə, hətta 90-cı illərdə hansısa məlumatı əldə etmək üçün ya kitabxanaya getməliydin, ya da o bilgidən məhrum qalmalı idin. İndisə kitabxana özü sənin “ayağına gəlibdir”.
3) Digər mühüm amil də budur: ümumiyyətlə, insanlarda fitri olaraq bir çox yanlışlıqlar və boşluqlar mövcuddur və əksər insanlar, bu boşluqları düzəltməyi düşünmürlər. Məsələn, hər kəsin səhvlərindən biri budur: “kimin yaşı çoxdursa, daha ağıllıdır”. Halbuki ağıllı atalarımızın da dediyi kimi, ağıl, yaşda deyil, başdadır. Lakin, ağıllı olmayan atalarımız isə nədənsə bunun əksini deyirlər və müdrikliyin meyarını, yaşda görürlər. Bəs, niyə ağıllı olmayan atalarımız, yaşı, belə vacib amil kimi təqdim etməyə çalışırlar? Açıqlaması fikrimizcə budur: elmi və fəlsəfi yanaşmaya görə, insan, hansısa səhvə yol verəndə, hansısa problemlə qarşılaşdıqda iki seçimdən birini edir. Ya səhvi düzəldir və səhv etdiyini etiraf edir, ya da səhvi etiraf etmək ona ağır gəldiyi üçün təkəbbürlü, loğva davranır. Və əksər hallarda da insanlar üçün səhvi etiraf etmək, ağır bir şey olur, odur ki onlar, digər və daha asan zənn etdikləri yolu seçirlər: səhvi davam etdirməyi.
Bu dilemma, bu seçim, əslində hər an, hər məqamda insanın qarşısına çıxır. Bəzi insanlar, eyni seçimi, hər zaman təkrar etməyə meyilli olurlar və nəticədə, bu, onların xarakterinə, şəxsiyyət xüsusiyyətinə çevrilir. Yəni, əvvəl psixoloji fakt olan bir şey, tez-tez edildikdə, psixoloji bir prosesə və sonra da psixoloji xüsusiyyətə çevrilir! Nəticədə nə baş verir: təkəbbürlü, səhvdən dönməz, özünü hamıdan ağıllı bilən, cavanlara həqarətlə baxan bir tip formalaşır.
4) Digər önəmli amil də elə bayaqkı tendensiya ilə bağlıdır; yaşlı müəllimlərimiz, özlərini avtomatik üstün və ağıllı bildikləri üçün nəticə etibarilə, inkişaf etməyə, çalışmağa, oxumağa çox da ehtiyac duymurlar deyə, bu da onların, müasir yeniliklərlə ayaqlaşa bilmələrində, əlavə çətinliklərə səbəb olur”.

Digər ekspert, kliniki psixoloq və universitet müəllimi Nuriyyə Quliyeva isə deyir ki, gənc müəllimlər xarici ölkə mənbələrini, yenilikləri asanlıqla əldə edərək tətbiq edə bilirlər, yenilikçidirlər: “Həmçinin, bu faktı da, çox aydın, açıq şəkildə qəbul edə bilirlər ki, təhsil sistemində daim yeniliklər olur və o yeniliklərdən faydalanıb tətbiq etmək lazımdır. Yaşlı müəllimlər isə məsələyə bu cür yanaşmırlar, bunu qəbul etmirlər. Onlar düşünürlər ki, təcrübələri çox, illərlə olduğu üçün doğru bilən, məhz onlardır.
Amma, belə olmamalıdır; təcrübə ilinin, “staj”ın çox olması, heç də keyfiyyət, yüksək tədris demək deyil. Əksinə, ola bilər ki, beş ilin müəllimi, 30 ilin müəllimindən daha bilikli, daha faydalı olsun.
Hətta tibb sahəsində də belədir. Fikir versək görərik ki, yeni, gənc həkimlər, daha çox fayda verir, nəinki sovet psixologiyalı həkimlər. Bu, həmçinin tədris sahəsində də belədir.
Elm günü-gündən dəyişir, hər il elmə yeniliklər daxil olur və bu yenilikləri mütləq mənimsəyib tətbiq etmək lazımdır”.
N. Quliyevanın fikrincə, indiki tələbə və şagirdlərin psixologiyası da, öyrənmə yönümü də fərqlidir: “Təbii ki, keçmiş metodlar, onlar üçün keçərli olmayacaqdır. İndi internet və texnologiya dövrüdür. Və gənc müəllimlər, xarici dilli mənbələrdən, internet resurslarından öyrənmə metodunu interaktiv hala gətirib onu tətbiq edirlər. Lakin yaşlı müəllimlər bunu mənimsəməkdə və tətbiq etməkdə çətinlik çəkirlər”.
Sonda onu da qeyd edək ki, Təhsil Araşdırmalar Mərkəzinin mütəxəssisi, təhsil eksperti Emin Aydın Mirzəli araşdırma və ekspert rəyləri ilə bağlı bunları deyib:
“Əlbəttə, bizim mərkəzin, obyektivlik və peşəkarlıqla etdiyi araşdırmaların nəticəsi olaraq gəldiyi qənaətin doğruluğunu ekspertlər də təsdiq edir. Düzdür, yaşlı nəslin nümayəndəsi olan hörmətli Əhməd Qəşəmoğlunun əks fikirlərinə toxunmaq istəmirəm, lakin sosioloq Sahib Altay və psixoloq Yunis Dürüst düşünürəm ki, yetərli və dolğun izah verdilər. Əlavə edəcəyim bir şey yoxdur. Həmçinin, qeyd edim ki, Sahib bəyin mövzu ilə bağlı, xüsusi bir yazısı da olacaq və dəyərli olduğu üçün mətbuata təqdim edəcəyik.
Beləliklə, başda qoyduğumuz sualın cavabı hazırdır: “Niyə yaşlı müəllimlər, cavanlardan ümumən daha zəif olduqları halda, özlərini onlardan üstün sayır, hətta onlara təhqiramiz yanaşır?”-sualının əsas cavabı budur; çünki onlar “təcrübəli”dir, lakin səhvdən dönməmək üzrə! Səhvdən dönməyi tərgiddikləri üçün artıq, təkəbbürlü, loğva bir xarakter formalaşıbdır. Təkəbbürlü bir insan da, inkişaf etməyə ehtiyac duymayan, bilmədiyi halda bildiyini zənn edən bir xarakterdir. Sözsüz ki, söhbət, bütün yaşlı müəllimlərdən getmir, əksəriyyətdən gedir. Söhbət, əslində, cəmiyyətimizdəki bütün yaşlı insanlar üçün xarakterik olan psixo-sosial bir xüsusiyyətdən gedir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli
30-09-2025, 09:47
Ən güclü mafiyalar - Onların şəbəkələri sərhədləri aşır
29-09-2025, 13:04
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
27-09-2025, 10:15
Mafiya qaydaları dəyişib: cinayətkarların yeni üsulu daha gəlirlidir
26-09-2025, 14:57
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
Bu gün, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
Dünən, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
Dünən, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Dünən, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Dünən, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
Dünən, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb