15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
Tarix: 03-03-2021 15:15 | Bölmə: Araşdırma / Slayd

Çin alimləri koronavirusa yoluxub sağalmış adamlarda 6 ay sonra üzə çıxardıqları problemləri “The Lancet” tibb jurnalı vasitəsilə bəyan ediblər. Reyting.az Böyük Britaniyanın “Daily Mail” nəşrinin bu mövzuda hazırladığı yazını təqdim edir:
Çin alimləri saçların tökülməsinin koronavirusun uzunmüddətli simptomlarından biri olduğunu aşkarlayıblar.
Çinin Uhan şəhərində koronavirusa yoluxmuş 1655 nəfərdən 359 nəfəri xəstəxanadan çıxandan sonra 6 ay ərzində saçların tökülməsi problemi ilə üzləşib.
Saçların tökülməsi xəstəlikdən qaynaqlanan streslə və digər səbəblərlə bağlı ola bilər.
Koronavirusa yoluxmadan sonrakı aylarda əsasən yorğunluq, iyibilmənin itirilməsi və sinədə ağrı kimi simptomlar da qalır.
Saç tökülməsinə gəlincə, yeni elmi araşdırmaya görə, COVİD-19-dan sağalanların demək olar dörddə birində bu baş verir.
Araşdırmanın nəticəsi “The Lancet” tibb jurnalında dərc edilib.
Araşdırmada göstərilir ki, Çinin Uhan şəhərinin xəstəxanasında müalicə almış 1655 pasiyentdən 359-nun, yəni 22 faizinin sağalandan sonrakı altı ay içində saçları tökülüb.
Dermatoloqların sözlərinə görə, infeksion xəstəliyə yoluxanlarda saç tökülməsi bədənin streslə əlaqədar normal fizioloji reaksiyası olduğu üçün müvəqqəti haldır. Amma alimlər deyirlər ki, COVİD keçəlləşmə problemi doğura bilər, yəni xəstəlikdən sağalmış adamlar saçlarını birdəfəlik itirə bilərlər.
COVİD-19-un uzun müddət davam edən təsirlərini öyrənən çinli alimlər “uzunmüddətli COVİD simptomları” adını verdikləri simptomların siyahısını tərtib ediblər.
Onlar bildiriblər ki, yorğunluq, nəfəs darlığı, yuxusuzluq, başgicəllənmə, oynaq ağrıları, depressiya və ya narahatlıq kimi simptomlar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin tərtib etdiyi, koronavirusla əlaqədar 14 simptomdan ibarət siyahıda yer alsa da, onların heç biri ətraflı şəkildə araşdırılmayıb. Saç tökülməsi isə həmin siyahıda ümumiyyətlə yoxdur.
Çinin Tibb Elmləri Akademiyasının alimləri “The Lancet” jurnalında dərc etdirdikləri müştərək məqalədə yazıblar: “Bu araşdırmanın məqsədi xəstəxanadan evə yazılan COVİD-19 pasiyentlərində uzun müddət müşahidə edilən təsirləri öyrənməkdir. Bizim bu araşdırma indiyədək sağalıb xəstəxanadan çıxan yetkin yaşlı pasiyentlərdə sonrakı nəticələri izləyən ən uzunmüddətli, ən böyük qrup çalışmasının nəticəsidir”.
Araşdırmanın hədəfində olan COVİD-19 pasiyentləri 2020-ci ilin 7-29 may aralığında Uhandakı Yin-Tan Xəstəxanasından evə yazılıblar. Altı ay sonra simptomları və pasiyentlərin sağlıq durumunu qiymətləndirmək üçün onları uzun-uzadı sorğu-sual ediblər, müayinələrdən, altı dəqiqəlik yerimə testindən keçiriblər və qan analizləri götürüblər.
Nəticədə virusdan sağalmış insanlarda əsasən yorğunluq, əzələ ağrısı, yuxusuzluq, narahatlıq, yaxud depressiya halları aşkarlanıb, saç tökülməsi də bu sırada yer alıb.
Araşdırma zamanı virusdan sağalmış insanların 63 faizində yorğunluq və ya əzələ ağrısı, 26 faizində yuxusuzluq, 23 faizində narahatlıq, yaxud depressiya, 22 faizində saç tökülməsi aşkar edilib.
Çin Tibb Elmləri Akademiyası alimlərinin tərtib etdiyi, “The Lancet” jurnalında dərc olunan uzunmüddətli COVİD simptomlarının ilk onluğu belədir:
- Yorğunluq və ya əzələ ağrısı: 63%
- Yuxusuzluq problemi: 26%
- Narahatlıq, yaxud depressiya: 23%
- Saç tökülməsi: 22%
- İybilmənin itməsi: 11%
- Ürəkdöyünmə: 9%
- Oynaq ağrısı: 9%
- İştahın azalması: 8%
- Dadbilmənin itməsi: 7%
- Başgicəllənmə: 6%.
Ötən yay İndiana Universitetinin tibb fakültəsinin əməkdaşı Natali Lambertin nəşr etdirdiyi məqaləsi də uzunmüddətli COVİD simptomlarına aid olub. Doktor Lambert uzunmüddətli COVİD simptomları yaşayan insanlarla keçirdiyi onlayn sorğuda 1567 cavab toplayıb. Onun sorğusunda iştirak edənlərin 423 nəfəri saç tökülməsi problemi ilə qarşılaşdığını deyib.
Lambertin tərtib etdiyi siyahıda 50 ən çox rast gəlinən simptom yer alıb. Yorğunluq simptomu 1-ci, saç tökülməsi 21-ci yerdə qərar tutub.
Lambertin dediyinə görə, COVİD-19 simptomlarının sayı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tərtib etdiyi siyahıda göstərildiyi kimi 11 deyil, daha çoxdur: “Medianın və səhiyyənin diqqəti əsasən COVİD-19-un ağ ciyərlərə və qan-damar sisteminə təsirinə yönəlib. Ancaq koronavirusdan sağalan insanlarda tez-tez baş-beyin ağrılarına, bütün bədənlə, göz və dəri ilə bağlı simptomlara da rast gəlinir”.
Amerikanın Dermatoloji Akademiyasının açıqlamasına görə, COVİD nəticəsində müşahidə olunan saç tökülməsinin səbəbi telogen effluvium (TE) – saçın uzanması mərhələsində baş verən pozulma prosesidir.
Britaniya Dermatoloqlar Assosiasiyasının izahatına əsasən, telogen effluvium – insanın saçının normadan artıq tökülməsidir. Qadınlarda bu hal doğuşdan sonra meydana çıxa bilər. Saçın eyni vaxtda 10 faizinin tökülməsi normal prosesdir. Başa davamlı olaraq tük gəldiyi üçün saç tellərinin ümumi sayı həmişə olduğu kimi qalır.
Əgər bir insanın saçının 30 faizi və ya daha artıq hissəsi tökülürsə, yəni normal tük çıxma tsikli pozulursa, o zaman telogen effluvium baş verir. Doğuş, travma, xəstəlik, stress, həddindən artıq arıqlama, çox dərman qəbulu və dəri xəstəlikləri baş dərisinə təsir edə bilər və nəticədə saç tökülməsi baş verə bilər.
Telogen effluvium adətən 3-6 ay müddətinə öz-özünə keçib-gedir, lakin saçın yenidən uzanması xeyli vaxt apara bilər.
TE zamanı yüksək miqdarda anagen follikullar (saçları aktiv şəkildə çoxaldan follikullar) vaxtından əvvəl baş dərisi boyunca istirahət fazasına keçir. Saçın uzanması mərhələsi ilə eyni vaxtda gedən və bir neçə ay davam edən bu proses nəticəsində saç tellərinin tökülməsi (telogen) hadisəsi saçların uzanmasından daha artıq olur.
Londondakı Belqravia Mərkəzinin mütəxəssisləri deyirlər: “Qızdırma və digər xəstəliklər saçın tökülmə fazasını sürətləndirə bilər. Belə problemlə qarşılaşan insanların əksərinin saçı xəstəlikdən iki-üç ay sonra nəzərə çarpacaq dərəcədə tökülür”.
Belqravia Mərkəzinin mütəxəssisləri də pandemiyanın başlandığı vaxtdan telogen effluvium hallarının artdığını vurğulayırlar.
Ötən il Belqravia Mərkəzində COVİD-19 simptomları ilə bağlı müayinə olunan kişi pasiyentlərin təxminən üçdə ikisinə (64 faizinə), qadın pasiyentlərin isə üçdə birinə (38 faiz) TE diaqnozu qoyulub.
Belqravia Mərkəzinin baş trixoloqu Rali Bojinova deyir: “Ağır travma, xəstəlik və ya stress dövründən təxminən üç ay sonra TE ilə əlaqəli saçların tökülməsi hallarına tez-tez rast gəlinir. Diaqnozların sayının qəfil artması virusun bədənə yaşatdığı stresin dərəcəsini göstərir. Belə stresli vəziyyət nəinki müvəqqəti TE-yə səbəb olur, eyni zamanda digər səbəblərdən qaynaqlanan saç tökülməsi hallarını artırır. Müalicə olmasa, bunu mənfi təsirləri uzun müddət qala bilər”.
Başqa bir mütəxəssis - trixoloq Ayin Sallis bildirir ki, COVİD-19 yuva keçəlləşməsinə (alopecia areata), yəni başda qəpik boyda dazlığa səbəb ola bilər.
Yuva keçəlləşməsi saçın tam tökülməsi (alopecia universalis) ilə nəticələnə də bilər. Bu zaman başa daha heç vaxt yenidən tük gəlmir.
Ayin Sallis söyləyir ki, orqanizm öz saç follikullarına hücum edərsə və onları söndürərsə, o zaman COVİD-19 infeksiyası da immun müdafiə sisteminin reaksiyasını hərəkətə gətirə bilər.
Trixoloqun bu fikirləri çinlilərin araşdırmasında yer almır.
“Digər qızdırmalı xəstəliklər kimi COVİD-in də immun müdafiə sistemini azdırmaq qabilliyəti var. İstənilən sarsıntı – fiziki, emosional və ya psixoloji şok keçəlləşməyə gətirib çıxara bilər, bu baxımdan sarsıntı ən real səbəblərdən biri kimi təsnif oluna bilər” – Ayin Sallis “Mail Online”a müsahibəsində belə deyib.
Hazırda dermatoloqlar COVİD-19-un dünya miqyasında saç tökülməsinə təsirlərini araşdırmaq üçün “SECURE-DERM” adlı müştərək layihə üzərində işləyirlər.(Tərcümə Novator.az-ındır)
Bölməyə aid digər xəbərlər

15-01-2026, 11:04
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli
30-09-2025, 09:47
Ən güclü mafiyalar - Onların şəbəkələri sərhədləri aşır
29-09-2025, 13:04
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
27-09-2025, 10:15
Mafiya qaydaları dəyişib: cinayətkarların yeni üsulu daha gəlirlidir
26-09-2025, 14:57
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
Dünən, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Dünən, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Dünən, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
Dünən, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək