21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
Tarix: 11-01-2019 13:48 | Bölmə: Araşdırma / Slayd

Son günlər mətbuatda farsların Üzeyir bəy Haçıbəyovun “O olmasın, bu olsun” operettasını oğurlaması və 1953-cü ildə fars dilində filmin çəkilməsi ilə bağlı iddialar səsləndirilir. İddialarda bu operetta əsasında 1956-cı ildə Azərbaycanda film çəkildiyi halda, onun 3 il əvvəl fars dilində necə səhnələşdirilə bilməsi məsələsinə də şübhə ilə yanaşılıb. Biz bu əsərin fars dilinə kim tərəfindən tərcümə edilməsi və film çəkilməsi məsələsini bir qədər sonra söyləyəcəyik. İndi isə bəzi incə məqamlar barədə.
“O olmasın, bu olsun” Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyasıdır və 1911-ci ildə yazılıb.
Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayının 25-də Bakıda olub. Baş rollarda Mirzağa Əliyev (Məşədi İbad), Hüseynqulu Sarabski (Sərvər) və Əhməd Ağdamski (Gülnaz) oynayıblar. Tamaşaya Üzeyir bəy Hacıbəyov özü dirijorluq edib. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunub, Zaqafqaziya şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və s. ölkələrdə tamaşaya qoyulub. Əsərin ədəbi mətni ilk dəfə 1912-ci ildə Bakıda, “Orucov qardaşları” mətbəəsində nəşr olunub.
Bu operetto artıq 1911-ci ildən səhnə həyatı qazandığı üçün onun başqa dillərə tərcümə edilərək səhnələşdirilməsi və ya film çəkilməsi problem yaratmırdı…
Film haqqında vikipediyada bəzi məlumatlar verilir.
Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.
Bildirilir ki, yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.
Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur.
Film Azərbaycanın ilk rəngli bədii filmidir.
Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S. Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş “Yalta” studiyasında çəkilişlərə başlanılır. Lakin ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır.
1956-cı ildə rejissor Hüseyn Seyidzadə tərəfindən Azərbaycanda çəkilən, Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət alıb.
Filmin xarici ekranlara çıxışı da uğurlu olub. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A. Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: "O olmasın, bu olsun" filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb".
Sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm".
"O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid ediblər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir. "O olmasın, bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".
Rejissor Hüseyn Seyidzadə filmdə baş rola - Məşədi İbada aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi. Bundan sonra rejissor yeni Məşədi İbadı - Əliağa Ağayevi tapmalı oldu.
Film 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilib.
Fars dilində çəkilən filmin rejissoru kim idi?
Bəs görəsən, bu film İranda fars dilində kim tərəfindən çəkilib və həmin şəxsin Azərbaycanla bir bağlılığı varmı?
90 dəqiqə davam edən bu filmin rejissoru və ssenari müəllifi Səməd Sabahi, prodüseri Əziz Kardvani və Hakimandır.
Filmdə rolları Əsgər İmprari, Fataneh, Məsumə Heyyar, Tağı Zuhuri, Əli Tabeş, Barat Loo, Rza Kərimi, Möhsun Fərid, Nəcəfi və Cavad Təqdasi ifa edir.
Səməd Sabahi kimdir?
Onun barəsində vikipediada yazılanlar:
“Səməd Sabahi hicri şəmsi tarixi ilə, 1293-cü ildə (1914) Azərbaycanda (keçmiş Sovet ittifaqi) anadan olub. Bakının incəsənət texnikumunun bitirib. 1305-ci (1926) ildən bəri teatrda bədii karyerasına başlayır. 1311-ci ildə Təbrizə və sonra Tehrana köçüb. 1318-ci (1939) ildə Tehran İncəsənət Teknikumunu (aktyorluq üzrə) bitirib. 1324-cü (1945) ildən bəri rejissor və aktyor kimi, İranda bədii karyerasını davam etdirir. 1332-ci (1953) ildə “Məşhədi Ebad” filmində yazıçı (Üzeyir Hacıbəyovun əsəri əsasında) öz fəaliyyətini davam etdirir. (1976)-cı ildə Tehranda vəfat edib”.

Onun barəsində, Rəhim Rəisniya “İşıq” dərgisində mordad ayının 9-u 1392-ci ildə (Mordad (fars: مرداد) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mordad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mordad yayın ikinci ayıdır.) dərc edilən “Səməd bizim teatrımız” məqaləsində yazırdı:
“Firqə höküməti dağıldıqdan sonra, bunun ziyanları Səməd Sabahidən də yan keçmədi. Zindandan azadlığa çıxdıqdan sonra, Tehrana köç edir, çoxlu əziyyətlərdən sonra 1328-ci ildə Pars mədəniyyət ocağında işə başlayır və bir sıra Türk tamaşa və əsərlərini fars dilinə tərcümə edir və səhnələşdirir. Mordad ayının 28-i 1332-ci il çevrilişindən sonra çox ağır təziqlərə məruz qalan milli teatrı, çarəsiz qalaraq sevdiyi və eşq bəslədiyi səhnəsindən uzaqlaşır və bu zamanlar öz inkişaf dövrunu yaşamaqda olan sinema sənətinə üz qoyur və Məşhədi İbad, Arşın mal alan, Qaraca qız, Şanlı səhər və s. əsərləri fars dilinə tərcümə edərək rejissorluq edir. Lakin o, keçmiş illərdə olduğu kimi öz sənətinə bağlanma və səntin zirvəsində olduğu hisslərini yaşamadığı üçün, incəsənət sahəsini tərk edir və 1357-ci il İran inqilabından bir neçə ay öncə vəfat edir.
Səməd Sabahi hərdən hisslərini, ümidlərini və ümidsizliyini öz ana dilində dodaqları altında mızıldanırdı (1945 firqə hökumətinin dağılmasından sonra ana dilində danışmaq, yazmaq və oxumaq qadağan olduğu üçün) və sonra vaxtı olduqca dodaqlarına axıb tökülən şeirlərini kağız üzərinə gətirirdi. “Ürəyim və dilim” şeiri onun əsərlərindən biridir ki, yaxşı gələcəyə ümidlə dalğalanır.
Bəzən-bəzən yanıram, yana-yana qanıram
İnsan oğlu qüdrəti ilə, yol tapsaydı varlığa
Həqiqəti tapsaydı, onda insan son qoyardı köləliyə, xarlığa
Yol tapsaydı varlığa, son qoyardı xarlığa.
Onun cəkdiyi filimlərdə (bunun sifariş olub-olmadığı məlum deyil) operettonun Üzeyir Hacıbəyova aid olduğu gizlədilmir. 1332-ci ildə (1953) çəkilən “Məşhədi Ebad” filminin 00:00:36 00:00:52 saniyəsinin tərcüməsi:
“Neçə il öncə Şərqin məşhur kompozitoru Üzeyir Hacıbəyli şirin bir musiqili komediya yazmışdır ki, həmişə bəyənilmişdir. Bu gözəl əsərin əsası İran sərhədlərinin xaricinə aiddir.”(xarici ölkəyə məxsusdur).
Səməd Səbahinin 1339-cu ildə (1960) çəkdiyi “Arşın mal alan” filmində də operettonun müəllifinin Üzeyir Hacıbəyov olduğu filmin əvvəlində göstərilir.
Səməd Sabahinin Gəncəli Sabahi ilə qohumluq əlaqələri varmı?
Bəli, Səməd Sabahi Gəncəli Sabahinin balaca qardaşıdır və Azərbaycanda dünyaya gəlib.
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısıdır.
Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olub. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanına gəlib. İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirib. 1932-ci ildə BDU-nun Filologiya fakültəsini bitirib.

Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dərs demişdi. Milli hökumət devrildikdən sonra "Mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilib. İki il sürgündə yaşayıb. Sürgündən azad edildikdən sonra Təbrizə - ailəsinin yanına qayıdıb. Hökuməti-nizami tərəfindən Tehrana köçürülüb və bu şəhərdə ədəbi fəaliyyətinə davam edib.
Səbahinin atası Yunis kişi də bеlələrindən olub. Gəncəbasarda özünə iş axtarıb. Gədəbəyin və indiki Daşkəsənin dağ mədənlərində işləyib. Vaxtlı-vaxtında Mərəndə dönüb ailəsinə baş çəkə bilməyib. Buna görə də çətinliklərdən cana doymuş arvadı övladını da götürüb Gəncəbasara, ərinin yanına gəlib. Beləcə, Səbahi yеddi yaşından sonra Gəncəbasarda yaşamalı, buradakı məktəblərdə oxumalı olub.
Gənclik illərindən ədəbiyyata böyük maraq göstərib, şeirlər yazıb. Lakin sonralar o, nasir və tənqidçi kimi daha çox məşhurlaşıb.
1932-ci ildə Pеdaqоji İnstitutu bitirdikdən sonra onu müəllim işləməyə göndəriblər. Şamaхı rayonunun оrta məktəbində direktor işləyib. Lakin хоş günlərin ömrü o qədər də uzun оlmayıb.
30-cu illərdə SSRİ-nin hər yerində ziyalılara, sərbəst düşünənlərə, azadlıqsevərlərə qarşı təzyiq və təqiblər başlayıb. Kütləvi həbslər və sürgünlər Səbahidən və onun ailəsindən də yan keçməyib. Qəflətən həbs edilərək Qazaxıstana sürgün olunub. Necə deyərlər, cəhənnəmi dirigözlü görsə də, sosializm quruculuğuna inamı qırılmayıb. Ona elə gəlib ki, baş verən dəhşətlərə səbəb ayrı-ayrı adamlardır, hökumətin və hakimiyyətin yuxarı pillələrində əyləşənlərin ölkədə baş verən haqsızlıqdan xəbəri yoxdur.

Səməd və Gəncəli Sabahi qardaşları
II Dünya savaşından yararlanan SSRİ yeni ərazilər ələ keçirmək üçün planlar hazırlamışdı. Bu planda İranı da təsir dairəsinə daxil etmək var idi. Ona görə də Almaniya ilə savaşa başladıqdan sonra orada “faşizmin kök saldığını” bəhanə gətirərək 1941-ci ilin avqustunda qoşunlarını Tehranadək yeritdi. Müttəfiqləri də Güneydə İrana qoşun çıxartsalar da, bölgənin SSRİ-nin təsir dairəsində qalmasını istəmirdilər. Sovet hökuməti müttəfiqlərlə vəziyyəti gərginləşdirməmək üçün Azərbaycan kartından istifadə etməyi qərara aldı. İranın Quzey batısındakı bölgədə, Azərbaycan Sovet Sosialist Respublikasının güneyində yaşayan türkləri müstəqillik uğrunda mübarizəyə həvəsləndirdi. Orada ana dilində məktəblər, qəzet-jurnal, teatr, universitet açılmasına nail oldu. Yerli kadrlar çatışmadığından Sovet Azərbaycanından və başqa yerlərdən oraya mütəxəssislər göndərildi.
Milli hökumətin yеnicə təsis еtdiyi Təbriz Dövlət Darülüfununda Dil və ədəbiyyat fakültəsinə rəhbərlik еdir, radio verlişlərində ana dilində tez-tez çıxış edir, qəzet və jurnallarda məqalələr çap etdirir. Lakin onların bu fədakarlığı istənilən bəhrəni vermir. Müttəfiqləri SSRİ-ni İrandan qoşunlarını çıxarmağa və Şahpərəst ordu birləşmələrinin İran Azərbaycanının şəhər və kəndlərində qurulmuş hakimiyyəti qan içində boğmağa məcbur edir.
Cəmi bircə il yaşayan Azərbaycan Milli Hökuməti 1946-cı il dеkabr ayında ləğv edilir. Minlərlə azərbaycanlı güllələnir, həbs edilir, sürgünə göndərilir. Milli hökumətin süqutundan iki gün sonra səhər saat 9-da polis Gəncəli Səbahinin evindən alaraq həbsxanaya aparır.
Gəncəli Sabahi “Ötən günlərim” adlı хatirə pоvеstində həmin hadisəni olduqca təfsilatıyla yazır. Onu təhqir edən həbsxana məmurlarından çox, haqlarını müdafiə etdiyi insanlardır. Zindanda çox işgəncələr gördükdən sonra Rusiyada soyuq yerə sürgün edilmiş ədibi cəhənnəm kimi itsisi olan Yəzdə sürgün edirlər. Lakin bu həssas qələm sahibi harada, hansı şəraitdə yaşamasından asılı оlmayaraq, daхilindən cоşan yaradıcılıq еhtirası ilə yazıb-yaradır.
BMT və beynəlxalq təşkilatların təzyiqi altında İran hökuməti geri çəkilməli olur. Gəncəli Sabahi və onun kimi yüzlərlə insan sürgündən azad olunur. Onlar fiziki cəhətdən sürgündən azad olunsalar da, mənəvi cəhətdən yenə də həbsxana həyatı yaşamaq məcburiyyətində idilər. Belə ki, Gəncəli Səbahi və onun məsləkdaşları ana dilində yazıb-yaratmaq, ana dilini inkişaf etdirmək istəyirdilər. İranda isə nəinki ana dilində yazıb yaratmaq, təhsil almaq, hətta danışmaq belə yasaq idi. Məktəblərdə ana dilində danışdıqlarına görə uşaqları cəzalandırır, valideynlərini cərimələyirdilər.
Bütün hədə-qorxulara, yasaqlara baxmayaraq Gəncəli Sabahi ana dilində yazırdı. Yazdıqlarını çap etdirə bilməsə də yazırdı. Yaxşı bilirdi ki, xalq bir vaxt ayılacaq, onun yazdıqlarına sahib çıxacaq, çap etdirərək gəncliyə təqdim edəcəkdir.
İran türkləri arasında ana dilində şeir yazmaq ənənəsi vardı, lakin nəsr, ədəbi tənqid unudulmaqda idi. Gəncəli Sabahi isə nəsr və ədəbi tənqidi inkişaf etdirirdi.
Gəncəli Sabahi 1950-ci illərdə “Həyat faciələrindən” povestini yazır. Onun “Qartal”, “Gül dəstəsi”, “Ana qəlbi”, “Arsız Qafar”, “Оvçu” kimi pоvеst və hekayələrini bir idеya birləşdirmişdir: insanları ağlasığmaz əzablara düçar еdən, оnları quldura, оğruya, yоlkəsənə çеvirən quruluşdur. O dövlətdə ki, qanunlar işləmədi, haqq-ədalət olmadı onda dünyanın əşrəfi sayılan insan da ən vəhşi yırtıcıya çevrilir.
Gəncəli Səbahi Hüseyin Caviddən təsadüfən eşitdiyi söhbət əsasında yazdığı “Ovçu” hekayəsində də, 1945-ci ilin 21 Azər hərakatı ilə bağlı yazdığı “İnsanı azdıran” hеkayəsində də, ümumilikdə isə nəsrində ağır bir qüssə, kədər olsa da, sonluqda oxucuda nikbin bir əhval-ruhiyyə yaranır, mübariz ruh aşılanır. Ümumilikdə götürdükdə sürgün və həbsxana həyatı ədibin yazılarının əsas mövzusunu təşkil edir.
Gəncəli Səbahi görkəmli nasir оlmaqla yanaşı, Azərbaycan ədəbi tənqidinə də təsir göstərən bir şəxs olub. “Varlıq” jurnalının nəşrə başlaması Gəncəli Səbahinin ardıcıl ədəbi tənqidlə məşğul olmasına şərait yaradır.
O, yalnız İran Azərbaycanında yaşayan Səhənd, Sahir, Sönməz, Məhzun, Haşim Tərlan və başqaları haqqında yazmaqla kifayətlənməyib. Həmçinin Mirzə Cəlilin “Anamın kitabı” dramı və Səməd Vurğunun “Aygün” pоеmasına da münasibət bildirir.
Səbahi prinsipiallığını hеç nəyə qurban vеrmir. O, “Ədəbiyyatın ictimai həyata təsiri” adlı məqaləsində bir sıra mühüm ədəbi prоblеmlərə işiq salır.
Ədibin ölümündən sonra çap olunan “Ötən günlər” xatirə-pоvеsti memuar ədəbiyyatımızın ən gözəl nümunələrindəndir.
1990-cı ilin sentyabrın 6-da Tehranda dünyasını dəyişən böyük ədibi Behişti Zəhra qəbristanlığında dəfn ediblər. Onun yaradıcılığı tam öyrənilməsə də, əsərləri sevilərək oxunur və gəncliyi milli azadlıq mübarizəsinə səsləyir.
A. QULİYEVA
Bölməyə aid digər xəbərlər

5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər