12:42 / 18-05-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:03 / 18-05-2025
Polşada prezident seçkisi keçirilir
08:36 / 18-05-2025
“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
13:04 / 13-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

23:22 / 14-05-2025

21:28 / 13-05-2025

10:14 / 15-05-2025

15:22 / 15-05-2025

14:17 / 13-05-2025

12:42 / 15-05-2025

15:02 / 16-05-2025

Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
Tarix: 19-01-2019 20:14 | Bölmə: Araşdırma / Slayd

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin Parisdə keçirilən görüşü barədə bəyanatı son günlərin müzakirə mövzusuna çevrilib. Bəyanata görə, həmsədrlər - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri vəzifəsinin icraçısı Zöhrab Mnatsakanyan ilə görüşüblər.
Bildirilir ki, həmsədrlər XİN rəbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib. Bu, iki nazirin dördüncü görüşü olub. "Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər. Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər. Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar.
Bəyanatda cəmiyyətdə ən çox sual yaradan və müzakirə olunan hissə hər iki ölkə cəmiyyətlərinin sülhə hazırlanması ilə bağlı razılığın əldə olunmasıdır. Söhbət hansı sülhdən gedir? Sülhün detalları nədir? Tərəflər niyə cəmiyyəti sülhə hazırlamalıdır?
Bu və digər suallar çox olsa da, hələ ki, konkret cavabı verilməyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İnterfaks” agentliyinə eksklüziv müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır. Daha sonra diplomatik tərzdə cavab verən nazir bunları deyib:
"Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”.
E. Məmmədyarov bildirib ki, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib: "Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub".

Qabil Hüseynli: “Bəli, oyunlar var. Oyunlar daha çox Moskva tərəfindən aparılır. Paris də bu oyunlara dəstək verir”
Sabiq dövlət katibi, politoloq Qabil Hüseynli fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, əvvəllər də belə fikirlər səsləndirilirdi ki, xalqları qarşıda gözlənilən sazişə hazırlamaq lazımdır. Bu, o zaman deyilirdi ki, tərəflərdən biri və ya hər ikisi ciddi güzəştlər edir, kompromislərə gedir: “Bu kompromislər ola bilsin ki, hər iki ölkənin əhalisi tərəfindən qəbul edilməsin. Bu nöqteyi-nəzərdən gələcək sülhün detalları barədə ola bilsin ki, müəyyən prinsipial razılaşmalar var. Bu prinsipial razılaşmalara ictimai rəyi hazırlamaq lazımdır. Yəni, əhali bunlara qarşı, proqmatik yanaşmağı bacarsın.
Amma o da bəllidir ki, sülh deyəndən, Azərbaycan xalqı ərazi bütövlüyünün təmin edilməsini, işğal altındakı ərzilərimizin azad olunmasını başa düşür. Yəni bizim güzəşt və kompromis limitimiz bundan ibarətdir. Biz, Azərbaycanın müstəqil olduğu, BMT-yə üzv qəbul edildiyi dövrdə hansı sərhədlərə malikdirsə, o sərhədlərin bərpasını tələb edirik. Azərbaycan xalqı təxminən bunu düşünür”.
Qabil Hüseynli Azərbaycan xalqını sülhə hazırlamağa ehtiyac duymur. Amma Ermənistan əhalisinin, erməni xalqının sülhə böyük ehtiyacı olduğu qənaətindədir. Çünki Ermənistan işğalçı dövlətdir. Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. Bir milyondan artıq insanı öz yurdundan didərgin salıblar. Ermənilərin beyninə saxta millətçi təbliğatla yeridiblər ki, bir zaman Ermənistan xalqının böyük dövləti, bu dövlətin dənizdən dənizə sərhədləri olub. Sonradan guya müsəlman xalqların hücumu nəticəsində bu ərazilər itirilib və onlar öz böyük dövlətçiliyindən məhrum ediliblər. Ona görə də sülhün əldə edilməsi üçün Ermənistanın daha çox konstruktiv addım atması tələb olunur.
Politoloq bildirib ki, hər şeydən öncə Ermənistan ən azından işğal altındakı 7 rayondan qoşunlarını dərhal çıxarmalı və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanla danışıqlara getməlidir:
“Azərbaycan Dağlıq Qarabağ məsələsində güzəştlər limitini müəyyən edib. Bu limit ondan ibarətdir ki, əvvəllər Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət statusunda olubdur. İndi də o statusu respublika, yəni özünüidarəetmə səviyyəsinə qaldırmaq istəyirik. Eyni zamanda Dağlıq Qarabağın büdcəsi formalaşdırılarkən Azərbaycanın büdcəsindən həmin respublikaya ayırmaları nəzərdə tutan güzəştlərdən söhbət gedir. Ermənilər nə fikirləşir? Qarşıda gözlənilən sülh sazişində hansı kompromislər təklif ediləcək, bu, hələ bəlli deyil. Ona görə də “bu xalqların sülhə hazırlanması” sözü bir qədər abstrakt səslənir, konkret səslənmir. Hələ ki, bunun üzərində siyasi iradə fikrinə əsas var”.
Sabiq dövlət müşaviri diqqətə çatdırıb ki, son bəyanat və aparılan müşahidələrə görə, Qarabağ münaqişəsinin həlli ətrafında yeni oyun qurulur. “Çox təəssüf hissi ilə demək lazımdır ki, Ermənistanla Azərbaycan arasında münasibətləri formalaşdırmaqdan ötrü yaradılmış ATƏT-in Minsk qrupu xristian ölkələrindən ibarətdir. Bu xristian ölkələrində müsəlmanofobiyanın olduğunu istisna etmirəm. Eyni zamanda xristian təssübkeşliyinin olacağı ehtimalını da nəzərdən qaçırmıram. Bəli, oyunlar var. Oyunlar daha çox Moskva tərəfindən aparılır. Paris də bu oyunlara dəstək verir. Ona görə də biz kifayət qədər ehtiyatlı olmağa məcburuq. Çünki əvvəlcədən də deyildiyi kimi, Dağlıq Qarabağın müqabilində işğal edilmiş ərazilərin azad edilməsi kimi bir plan var. Bu plan mərhələli plan adlanır. Əvvəlcə beş rayon, sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin müzakirəsi zamanı yerdə qalan iki rayon - Laçın və Kəlbəcər bir növ bazarlaşma və kompromisə getmək üçün istifadə edilir. Ortada sözsüz ki, Dağlıq Qarabağın ya müstəqil dövlət elan edilməsi, statusunun dəyişdirilməsi ilə bağlı müəyyən oyunların ola biləcəyi ehtimalını istisna etmirəm. Bu səbəbdən də, danışıqlar prosesində ortaya atılmış “xalqların sülhə hazırlanması” iddiası real gerçəkliyi əks etdirmir. Bunu bir növ təcavüzkarın əlinə oynayan addım kimi də dəyərləndirmək olar”, – deyə Q. Hüseynli fikrini tamamlayıb.

Mütəllim Rəhimli: “...Ermənistanın haqsız, işğalçı mövqeyini müdafiə edir və ölkəmizə qarşı sərt mövqe tuturlar”
Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə “Reytinq”in əməkdaşı ilə söhbətində deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəlmələrinin bildirilməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda qara niyyətlər və təhlükələrin olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycanın bütün dünya tərəfindən tanınmış 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub və danışıqlar zəbt olunmuş əraziləri nə vaxt boşaldılacağına yönəlməliydi: “Əks halda Ermənistan sanksiyalara məruz qalacağı ilə hədələnməli idi. Çox təəssüf ki, biz başqa tendensiyaları müşahidə edirik. Sanki Ermənistan yox, Azərbaycan tərəfi beynəlxlaq hüququ pozub və özünü günahkar kimi göstərir. Bu, yolverilməzdir. Artıq açıq şəkildə müşahidə olunur və ATƏT-in timsalında bu fakt da təsdiq edir ki, beynəlxalq qurumlar və güclər Ermənistanın haqsız, işğalçı mövqeyini müdafiə edir və ölkəmizə qarşı sərt mövqe tuturlar.
Ermənistanda demokratik hərəkat başlayandan və demokratik seçkilər keçiriləndən sonra Qərb bu ölkəni müdafiə edir. Əvvəlcədən biz hadisələrin belə gedişini proqnozladırırdıq və bu barədə mediada da bildirmişdik. Artıq Azərbaycan iqtidarı ona qarşı yönəlmiş basqıların qarşısında uduzduğu danışıqlar prosesindən geri çəkilməlidir. Əks halda onu milli maraqlarımıza zərbə vuran qərarlarla razılaşmağa məcbur edəcəklər”.
M. Rəhimli diqqətə çatdırıb ki, Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında məğlubiyyətinə don geyindirməyə çalışsa da, bunu gizlədə bilmir:
“Nazirliyin rəsmisi bildirir ki, “Azərbaycan burada, eləcə də bütün aidiyyatı sənədlərdə qeyd olunmuş "əhali" sözünü hər zaman erməni və azərbaycanlı əsilli iki əhali kimi anlayır və məhz bu şəkildə qəbul olunmasına israr edir”.
Faktiki olaraq Xarici İşlər Nazirliyi Ermənistanın ölkəmizin daxili işlərinə qrışdığını burada etiraf etmiş olsa da, onunla barışdığını dilə gətirir. Hətta “əhali” anlayışını bu cür qəbul etsək belə, necə ola bilər ki, Ermənistan bizim ölkənin əhalisinin münasibətlərini tənzimləyən tərəf kimi çıxış etsin! Bu, başa düşülən deyil”.
Məsələnin narahatlıq doğuran digər tərəfinə gəlincə, M. Rəhimli diqqətə çatdırıb ki, “əhalinin sülhə hazırlanması” prosesində işğal eilmiş ərazilərimizin taleyindən danışılmır: “Düşünürəm ki, məsələnin bu hissəsinin xalqdan gizlədilməsinə heç kimin haqqı yoxdur. XİN apardığı danışıqlar barədə ictimaiyyətə ətraflı hesabat verməlidir”.

Əhəd Məmmədli: “Bu il Qarabağ məsələsində ciddi irəliləyiş olmasa, Qarabağın de-yure itirilməsinə yaxınlaşacağıq”
“Ağ” Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli isə “Reytinq”ə deyib ki, həmsədrlərin bəyanatında qaranlıq məqamlar çoxdur. Onun sözlərinə görə, ən əsas məqam cəmiyyətlərin sülhə hazırlanmasıdır: “Mənim üçün də bu cümlə qaranlıq qaldı. Torpaqlarımızı işğaldan azad etmədən ermənilərlə sülhə necə hazırlaşa bilərik? Yəqin Lukaşenkonun bu yaxınlarda “Sarkisyana demişdim 5 rayonu qaytarın, ordumuzu salaq Dağlıq Qarabağa”,- söhbətindən xəbəriniz var. Burada mənim üçün iki ehtimal var: Yəni 5 rayonun əvəzində rus ordusu Qarabağa daxil olur və bu da Qarabağın birdəfəlik itirilməsi deməkdir. Ya da solu göstərib sağa vuracağıq. Yəni, özümüzü razı kimi göstərib Ermənistanla bu il müharibə edəcəyik. İkincisinə inanmaq istərdim, amma buna inamım azdır. Ehtimalım, daha doğrusu, arzumdur. Bir onu bilirəm ki, bu il Qarabağ məsələsində ciddi irəliləyiş olmasa, Qarabağın de-yure itirilməsinə yaxınlaşacağıq. Ciddi irəliləyiş də ancaq müharibə yolu ilə mümkündür. Fikrimcə, Qarabağ məsələsi artıq hakimiyyəti də dalana dirəyib”.
Politoloq hesab edir ki, Azərbaycandan tələb edilənlər aydındır. “Lukaşenkonun da dediyi kimi, 5 rayonu qaytarırıq, sonra da KTMT, yəni Rusiya bölgəyə sülhməramlılarını yeridir. Yəni təlimçi sülh. Nə yaxşı ki o vaxt Sarkisyan Lukaşenkonun bu təklifinə razı olmayıb. Paşinyan Sarkisyandan bu məsələdə daha sərt mövqe tutub və heç bir güzəştə getmək fikrində deyil. Məncə, Azərbaycan ciddi addımlar atmasa, nə sülh, nə də müharibə şəraiti davam edəcək. Bu da Ermənistanın xeyrinədir. Belə getsə, status-kvo təəssüf ki, davam edəcək”, - deyə Ə. Məmmədli bildirib.
Müsahibimiz, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı mövqeyindən də narazıdır:
“Hakimiyyət Qarabağ Komitəsinə Qarabağ şüarları altında mitinq keçirməyə razılıq vermir. Amma mövcud hakimiyyət müxalifətin bir hissəsinin “İstefa!”, “Azadlıq!” şüarları ilə keçirilən mitinqlərinə razılıq verir. Bu da o deməkdir ki, iqtidarın qorxduğu ondan istefa, azadlıq istəmək deyil, Qarabağı tələb etməkdir. Azərbaycanda hakimiyyətlər indiyə qədər Qarabağ məsələsinə görə dəyişilib. Görünür, mövcud iqtidar Qarabağa görə çox yumşaq kreslosunu risk altında qoymaq istəmir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
26-05-2018, 21:11
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə
Dünən, 13:00
İlham Əliyev Tokayevə zəng edib
Dünən, 10:38
Venera planetində yaşayış mümkündür
16-05-2025, 17:37
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16-05-2025, 16:02
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
16-05-2025, 14:21
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
16-05-2025, 14:03
İlham Əliyev Nikol Paşinyanla görüşüb
16-05-2025, 12:53
Putinə qarşı ən sərt tədbirlər görməyə başlayırlar
16-05-2025, 12:08
Rusiya donanması ciddi problemlə üzləşib
15-05-2025, 15:22
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur?
15-05-2025, 11:59
Cəlaloğlu: Azərbaycan-Ermənistan müharibəsinin başlamasına nə şərait var, nə də səbəb
15-05-2025, 10:14
İstanbul danışıqları öncəsi: ruslar daha bir kəndi işğal edib, Dnepropetovskə yaxınlaşır
15-05-2025, 09:31
Əlibəyli: PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür
15-05-2025, 08:06
Tramp İstanbul danışıqlarına qatılmayacaq
15-05-2025, 07:53
Rusiya və Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
14-05-2025, 20:02
Tramp elçilərini İstanbula göndərir
14-05-2025, 17:31
Deputat: “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…”
14-05-2025, 13:03
Kobaxidze Trampın könlünü almağa çalışır
14-05-2025, 12:22
Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir
14-05-2025, 08:48
Ordumuzun mövqeləri iki istiqamətdən atəşə tutulub
14-05-2025, 08:17
Rusiya genişmiqyaslı hücuma hazırlaşır?
13-05-2025, 16:13
Professor: Türkiyənin təklifinin alternativi müharibədir
13-05-2025, 14:17
Sərdar Cəlaloğlu: PKK dəstəyini itirib, bazası sıradan çıxıb
13-05-2025, 12:49
Rəsmi Bakı Kremlin bostanına daş atır
13-05-2025, 11:28
İstanbul danışıqları: Zelenski gəlir, Tramp iştirakına eyham vurur, Putin hələ də manevr edir
13-05-2025, 07:33
Tramp Türkiyəyə gəlmək istəyir
12-05-2025, 16:13
Mollazadə: PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir
12-05-2025, 14:04
Putini yenə atəşkəsə çağırırlar
12-05-2025, 11:15
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir
12-05-2025, 09:06
Dünyanın ən xoşbəxt şəhərləri... - Siyahı tərtib ediblər
11-05-2025, 14:22
"Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparanlara qarşı əməliyyat keçirilib - Video
10-05-2025, 20:00
İlham Əliyev Ağdama gedib - (Yenilənib) - Fotolar
10-05-2025, 11:49
Mövqelərimiz atəşə tutulub
8-05-2025, 18:28
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
8-05-2025, 11:24
İsraillə gizli danışıqlar: Əhməd Şaraa etibarlı çətir axtarır
8-05-2025, 09:30
“ABŞ Rusiyadan Çinə qarşı da istifadə edəcək” - Professor
8-05-2025, 09:13
Bayden: Putin Varşava Müqaviləsi Təşkilatını bərpa etməyə çalışır
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı