18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlər Kabineti “Yüksək riskli zonaların müəyyən edilmə əsasları”nı təsdiqləyib
Tarix: 03-10-2023 13:02 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti “Yüksək riskli zonaların müəyyən edilmə əsasları”nı təsdiqləyib

Nazirlər Kabineti “Yüksək riskli zonaların müəyyən edilmə əsasları”nı təsdiqləyib.

Reyting.az
 xəbər verir ki, Baş nazir Əli Əsədovun yeni qərarına əsasən, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir.

Qərara əsasən, yüksək riskli zonalar əsasən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları və Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları, eləcə də FATF tərəfindən edilmiş ictimai bəyanatlarla müəyyənləşdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər